Azərbaycanda xaraba qalmış məktəbdən görüntülər – Təhsil naziri danışanda isə Avropa təhsilindən dəm vurur + VİDEO

0
213

Hacıqabul rayonu Muğan qəsəbəsinin bir qrup sakini Azinforum.az-a müraciət edərək bildiriblər ki, onların qəsəbəsində olan və şəhid Vüqar Məmmədovun adını daşıyan yeganə orta məktəbin binası çox acınacaqlı vəziyyətdədir.
Sakinlərin dediyinə görə, məktəb 50 ildir ki, əsaslı təmir edilmir. Onlar hətta uşaqlarını qəzalı vəziyyətdə olan məktəbə göndərməyə ehtiyat etdiklərini deyirlər.
Azinforum.az-ın reportyor qrupu qəsəbədə olaraq, vəziyyətlə yerində tanış olub.
Məktəbin real vəziyyətini və qəsəbə sakinlərinin münasibətini əks etdirən videoreportajı təqdim edirik.

Mövzu ilə bağlı Hacıqabul rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Təhsil Nazirliyin münasibətini öyrənməyə cəhd edəcəyik.

Qeyd edək ki, Hacıqabulda olarkən, Muğan qəsəbəsinin başqa sosial problemlərdən əziyyət çəkdiyinin də şahidi olduq.
Bu mövzular üzrə də hazırladığımız materialları da ardıcıl təqdim edəcəyik.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin