Azərbaycanda uşaqlar arasında yeni virus yayılır – Adı yoxdur

0
582

Son vaxtlar uşaqlar arasında özünü qızdırma, halsızlıq, boğaz ağrısı, ürək bulanma simptomları ilə göstərən xəstəlik yayılıb.

Belə ki, bir çox bağçalarda bu xəstəlik səbəbindən davamiyyət aşağı düşüb.

Bəs, bu nə xəstəliyidir?

RealMedia.az xəbər verir ki, “lent.az” azyaşlılar arasında yayılan xəstəliklə bağlı araşdırma aparıb.

Bununla bağlı saytımıza danışan pediatr Elşən Tağıyev bildirib ki, xəstəliyin hansı virus tərəfindən törədildiyi hələ bilinmir:

“Amma koronavirus olmadığı mütləqdir, çünki testlər neqativ çıxır.

Bu xəstəliklə bağlı dəqiqləşdirilmiş analiz yoxdur, ola bilər ki, mövsümü qrip olsun.

Bütün hallarda xəstəlik qısa müddət davam edir, amma pnevmoniya ilə ağırlaşma halları da kifayət qədər çoxdur.

Yüksək dərəcədə yoluxucudur, ailədə bir nəfər xəstələnirsə, hamı tutur”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin