Azərbaycanda uğurlu əyalət idarəçiliyinin Beyləqan nümunəsi

0
224

Prezidentlə xalqın vəhdətinin nə dərəcədə hiss olunması yerlərdə icra başçılarından əhəmiyyətli dərəcədə asılıdır

Beləliklə, ölkəmizin siyasi həyatında mühüm hadisə olan növbədənkənar parlament seçkiləri başa çatdı. Aktual mövzuya çevrilən seçkilərin fonunda sanki ictimai həyatın başqa sahələri bir az arxa plana keçmişdi.
Lakin, seçkilərin şəffaf və demokratik keçirildiyi Beyləqan rayonunda bütün müstəvilərdə işlər öz rəvan axarı ilə gedirdi. Burada heç də bəzi başqa yerlərdə rast gəlindiyi kimi, inzibati resurslar hansısa namizədlərin xeyrinə səfərbər olunmamış, vətəndaşların normal həyat, əmək və istirahət, eləcə də seçkidə iştirak etmək hüquqları tam gözlənilmişdi. İdarə, müəssisə və təşkilatların əmək kollektivləri bəzi başqa rayonlarda müşahidə olunduğu kimi, ictimai marağın obyektivinin seçkilərə yönəlməsindən istifadə edib süstlük göstərmir, öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər. Əminliklə demək olar ki, bu müsbət tendensiyanın yaranması çox hörmətli cənab Asif Ağayevin keçən il Beləqan Rayon İcra Hakimiyyətinə başçı vəzifəsinə təyin olunması ilə başlayıb.
Ötən bir il ərzində Beyləqanın siması xeyli dəyişib. Yaşıllıqlar salınıb, işıqlandırma sistemi yenilənib, illərlə davam edən yolsuzluq probleminintam həllinə nail olmaq istiqamətində əhəmiyyətli işlər görülüb; 2019-cu ilin ilk aylarından başlayaraq yollar əsaslı şəkildə təmir olunub.
Ölkədə mühüm sosial-iqtisadi əhəmiyyət daşıyan özünə məşğulluq proqramı çərçivəsində əhalinin işlə təmin olunması prosesi – ictimai işlərə “Dost İş Mərkəzi” tərəfindən cəlb edilməsi Beyləqan rayonunda da uğurla həyata keçirilir. Sadaladıqlaımızla yanaşı, Beyləqan rayonunda tikinti-quruculuq işləri də sürətlə davam edir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin 13 fevral tarixində Beyləqan rayonuna səfəri əlamətdar hadisə kimi Beyləqanın tarixinə öz möhürünü vurmuş, ölkə başçısını coşqu ilə qarşılayan beyləqanlıların yaddaşında silinməz izlər buraxmışdır. Cənab İlham Əliyevin Beyləqana sonuncu səfərinə qədər dövrü əhatə edən səfərlərində əhaliylə arasında bu qədər az məsafə müşahidə olunmamışdı. Çünki əvvəlki illər dövründə Beyləqan ictimaiyyətin hər zaman dəstəklədiyi prezidenti qucaqlayıb bağrına basmaq imkanından məhrum edilmişdilər. Amma bu dəfə elə olmadı. Bu dəfə yaradılmış imkan sayəsində məlum oldu ki, əyalət insanının öz sevimli prezidentlərinə rəğbət və ehtiramlarını bariz şəkildə göstərmələri üçün elə də keçilməz sədd yox imiş. Bu dəfə prezidentlə beyləqanlılar arasında elə bir yaxın məsafəyə, təmasda şərait yaradıldı ki, istənilən şəxs prezidentə yaxınlaşıb çəkinmədən sözlərini deyə, minnətdarlıqalrını bildirə bildilər.
Prezidentin Beyləqan rayonuna sonuncu səfərində açıq aydın görünür ki, xalqla prezident arasında yaradılmış süni əngəllər – baryer aradan qaldırılıb. Xalq-Prezident vəhdəti bərqərar olub.
Prezident İlham Əliyevin Beyləqana bəhs etdiyimiz səfəri həm də onunla əlamətdar oldu ki, dövlət başçısının sərancamı ilə qəzalı vəziyyətdə yaşayan sakinlər üçün 36 mənzillik binanın inşasına vəsait ayırıldı. Hazırda sözügüdən binanın inşası davam edir. Binanın tikintisinin başa çataraq, istifadəyə verilməsi bu ilin son aylarına nəzərdə tutulub.
Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin Beyləqana və beyləqanlılara göstərdiyi diqqət və qayğının baris nümunəsidir. Beyləqan rayonunda Prezidentin fərmanları ilə təsdiqlənmiş dövlət proqramları məsuliyyətlə icra olunur. Rayonun abadlaşdırılması, əhalinin asidə vaxtlarının səmərəli keçirilməsi üçün parklar salınıb.
Prezidentlə xalqın vəhdətinin nə dərəcədə hiss olunması yerlərdəki icra başçılarından əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycanda uğurlu əyalət idarəçiliyinin Beyləqan nümunəsi buna əyani sübutdur.
“RealMedia.az” – ın baş redaktoru,
Ramin Məhəmmədoğlu

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin