Azərbaycanda ŞOK: Döyüş sursatları özəl şirkətin əlinə necə keçib? – oğurluq patronlar sobalarda əridilirmiş…

0
738

Bugünlərdə Şirvan rayon ərazisində “Camaloğlu LTD” şirkətinə məxsus, dövlət nişan nömrələri Gəncə seriyasından olan üç ədəd “Qazel” markalı yük maşınları Şirvan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Mənbənin sözlərinə görə, “Camaloğlu” şirkətinin yük maşınlarının sürücüləri Şirvan RPŞ-də dindirilərək etiraf ediblər ki, maşınlarda olan yük “Camaloğlu” şirkətinin rəhbəri Məmmədov Bayram Camal oğluna məxsusdur və mallar Gəncə şəhərinə aparılaraq “Camaloğlu” şirkətinin Farfor zavodunun həyətində yerləşən sexindəki sobalarda əridilməliydi.

Legion.az-a daxil olan məlumata görə, həmin yük “Qazel”lərində külli miqdarda döyüş silahlarına aid patron aşkarlanıb. Mənbənin Legion.az-a verdiyi məlumata görə, həmin patronlar “Camaloğlu LTD”yə cəbhəboyu ərazilərin minadan təmizlənməsi ilə məşğul olan ANAMA agentliyinin işçiləri tərəfindən oğurlanaraq satılıb. Mənbənin məlumatına görə, şirkət rəhbəri Bayram Məmmədov Şirvan RPŞ-nin əməkdaşları tərəfindən axtarılır. “O, hazırda polislərdən qaçıb Daşkəsəndə Xaşbulaq adlanan yerdə gizlənir”, – deyə mənbə qeyd edir. Məlumata görə, faktla bağlı Şirvan RPŞ-in istintaq bölməsində CM-nin 177-ci maddəsi üzrə (oğurluq) cinayət işi qaldırılıb. Hazırda məlumat dəqiqləşdirilir və araşdırmamız davam edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin