Azərbaycanda 3,5 bal gücündə zəlzələ oldu

0
59

Azərbaycanın şimal-qərb bölgəsində zəlzələ qeydə alınıb.

RealMedia.az Report-a istinadən xəbər verir ki, yeraltı təkanlar təxminən saat 22:55 radələrində Zaqatala və Qax rayonunun kəndlərində hiss olunub. İlkin məlumata görə, zəlzələ təxminən 3,5-4 bal gücündə baş verib.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, ölkə ərazisində son zəlzələ avqustun 18-də Zaqatalada 2,8 maqnitudada qeydə alınıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin