Azərbaycanda 3 ayda 172 nəfər İİV-ə yoluxub

0
145
2019-cu ilin birinci rübündə 172 nəfərin İİV-ə yeni yoluxma halı qeydə alınıb. Onlardan 167-si (97,1%) Azərbaycan vətəndaşı, 5-i (2,9%) isə əcnəbilərdir. Qeydiyyata alınan 167 yerli sakindən 114-ü kişi, 53-ü isə qadındır.
RealMedia.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumatda qeyd edilib.
Bu dövr ərzində Azərbaycan vətəndaşı olan 51 İİV-li xəstə QİÇS mərhələsinə keçib, 16 nəfər İİV infeksiyasından vəfat edib.
Cari ilin ilk 3 ayında aşkar olunan İİV-ə yoluxma hallarının 12,8 faizi inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 1987-ci ildən cari ilin aprelinə qədər olan dövr ərzində isə bu rəqəm 43 faizə bərabər olub.
Bu ilin birinci rübündə İİV-ə yoluxması təsdiq olunmuş Azərbaycan vətəndaşları arasında yoluxma yolları aşağıdakı kimi olub:
22 nəfər parenteral, 118 nəfər heteroseksual, 8 nəfər homoseksual kontakt nəticəsində, 1 nəfər şaquli yolla yoluxub, 19 nəfərin yoluxma yolu müəyyənləşdirilməkdədir.
Antiretrovirus terapiyaya hazırda 5181 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 201 nəfərin müalicəsi 2019-cu ilin ilk 3 ayı ərzində başlayıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin