ARB TV-də yayımlanan “Səhər-səhər” verilşində qonaq olan müğənni Manaf Ağayev həmkarlarını sərt tənqid edib.
O açıqlamasında “O gün dostlarla oturmuşduq, söhbət düşdü ki, bu aləmdə kim 10 nəfər kişi adı çəkər? Əyninə şalvar geyib, mahnı oxumaq kişi olmaq deyil. Kişilik başqa şeydir. Məclisdə 1-2 ad tapa bilmədilər, kimin adı çəkildi, hamı güldü” sözlərini söyləyib.
Manaf Ağayev İzzət Bağırovun köməkçisinin davasından da danışıb: “İzzət neçə illərdir sənətdədir. Bir nəfər də ona zəng edib, demir ki, sənin yanındayıq. Mən səhərdən axşama qədər onun yanındayam, məndən başqa heç kim ona dəstək olmur. Biz, buyuq”.