Azərbaycan Rusiyanın iş adamlarını əməkdaşlıq əlaqələrini genişləndirməyə çağırıb

0
4682

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (“Azpromo”), Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi və Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə neft-qaz maşınqayırması sahəsində əməkdaşlığın inkişafı mövzusunda videokonfrans formatında görüş keçirilib.

“Azpromo”dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə “Azpromo”nun departament rəhbəri Zöhrab Qədirov ölkədə yaradılan əlverişli biznes və investisiya mühiti, ixrac imkanları, ixracın genişləndirilməsi istiqamətində Fondun həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Videokonfransda Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorları, o cümlədən neft-qaz, maşınqayırma sahələrinin inkişafı istiqamətində mühüm işlər görüldüyü diqqətə çatdırılıb, Rusiyanın iş adamları azərbaycanlı həmkarları ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə dəvət edilib.

Videokonfrans çərçivəsində Rusiyanın Texnoloji Təşəbbüslər İnstitutunun standartlaşdırma və sertifikatlaşdırma üzrə sənaye təşkilatının təqdimatı dinlənib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin