Azərbaycan onların səsini belə kəsir – ŞOK

0
263

“Hadisələr onu göstərir ki, sülh sazişi imzalamaq ərəfəsində bu cür nümayişlər, proseslər daha çox müşahidə olunacaq. Çünki 30 il Qarabağda yaşayan ermənilərin beyinlərini zəhərləyiblər”.

Bunu Musavat.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

920628_05.jpg (51 KB)

Politoloqun sözlərinə görə, onları öyrədiblər ki, Azərbaycanın tərkibində yaşaya bilməzlər:

“Həmin siyasətin ideoloqları müxtəlif bəhanələrlə, saxtalaşdırılmış faktlarla öz iddialarını əsaslandırmağa çalışıblar. İnsanlar artıq əmindirlər ki, Azərbaycanın tərkibində yaşasalar, etnik təmizləməyə, soyqırıma məruz qalacaqlar, onların fiziki cəhətdən yaşayışı sual altında olacaq. Belə halda onlar küçələrə axışırlar, bu cür nümayişlər keçirirlər. Aldadılmış insanlar nümayişlərə çıxırlar və müəyyən mesajlar göndərməyə çalışırlar. Bu durum Ermənistan hakimiyyətinə sərf edir. Onlar bu yolla dünya ictimaiyyətinə göstərməyə çalışırlar ki, baxın, Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamaq niyyətində deyil. Azərbaycan tərəfi israrla deyir ki, əgər kimsə Azərbaycanda yaşamaq, onun vətəndaşlığını qəbul etmək istəmirsə, bu, onların öz seçimidir. Biz kimsənin hüququnu tapdamırıq. Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Qarabağda yaşayan ermənilər 30 il onlara danışılan yalanları beyinlərindən çıxarmaq istəmirlərsə, yeni həyat qurmaq istəmirlərsə gedib istədikləri yerdə yaşasınlar. Azərbaycana qarşı hər hansı irad səsləndirilə bilməz”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin