Azərbaycan hökuməti Türkiyədə yaşayan azərbaycanlılara 200 TL dəyərində alış-veriş imkanı yaradıb

0
534

Azərbaycan hökuməti Azərbaycanın Ankaradakı Səfirliyi vasitəsilə Türkiyədə yaşayan həmvətənlərimizin hər birinə Migros marketlər şəbəkəsindən 200 lirə dəyərində alış-veriş imkanı yaradıb. Qeyd edək ki, bu kampaniya çərçivəsində soydaşlarımız spirtli içki və tütün məmulatları xaric, istənilən növ mal almaq haqqına malikdilər.

Bunun üçün Türkiyə Cümhuriyyəti ərazisində yaşayan azərbaycanlılar internet vasitəsilə yaradılan sorğu blankını doldurmalı, pasport məlumatlarını və ünvanlarını ora daxil etməlidirlər.

Qeyd edək ki, sorğuda yalnız 1 dəfə iştirak etmək mümkündür.

Türkiyədə yaşayan azərbaycanlıların musavat.com-a verdikləri məlumata görə, yaradılan bu şərait onları məmnun edib. Həmvətənlərimiz bildirib ki, 200 TL-yə orta səviyyədə bazarlıq edə biləcəklər.(Musavat.com)

 

QEYDİYYATDAN KEÇ

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin