“Azərbaycan Dəmir Yolları” QSC-yə mətbuat katibi təyin edilib

0
31

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) kollegiya iclası keçirilib.

QSC-dən APA-ya verilən məlumata görə, iclasda cari məsələlərlə yanaşı təşkilatı məsələlərə də baxılıb.

Aparılan yeni struktur və kadr islahatları nəticəsində QSC-nın İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib, onun əvəzinə Mətbuat katibliyi şöbəsi yaradılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qubanovun müvafiq əmri ilə Natəvan Bayramova Mətbuat katibliyi şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin