Azər Axşam “Maşın” şounun tərk etdi – FOTO

0
2133

“Maşın” realiti-şounun 3-cü günündə oyunu tanınmış aparıcı və aktyor Azər Axşam tərk edib.

Verilişin növbəti buraxılışında səsverməyə reper Uran çıxıb. O, əvvəlcədən “Maşın”dan çıxarmaq istədiyi məşhurun adını açıqlayaraq açıq mübarizə aparmağa üstünlük verib.

Nəticədə Uran “Maşın şou”da qalması üçün 73.73 faiz səs yığaraq oyundan Azər Axşamı uzaqlaşdırıb. Reperin bu qərarı iştirakçılar və tamaşaçılar üçün müəmmalı qalsa da, o, seçimini A.Axşamın güclü rəqib olması ilə izah edib.

Azər Axşam Uranın qərarına hörmətlə yanaşdığını və yarışmaya gələrkən uduzmağı gözə aldığını bildirib:

“Biz burada bir yarışmaya gəldik. Yarışdıq və hər kəsin oyun taktikasını alqışlayıram. Çünki mənim dəoyunda öz taktikam var idi. Verilişə gəlmədən öncə demişdim ki, məğblubiyyəti gözə almayan insanın burada işi yoxdur. Hər zaman dua edəndə Allah deyirəm ki, xeyirlisi nədirsə, o da olsun. Deməli, bunlardan ayrılmaq mənə xeyirlidir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin