AXCP çalxalanır: “Əli Kərimli, siyasəti murdarladınız” – Qalmaqal

0
3382

Hollandiyadakı keçmiş konsul, istefa verərək mühacirətdə müxalifətçilik fəaliyyətinə başlayan Nahid Cəfərov AXCP sədri Əli Kərimliyə qarşı videobəyanatla çıxış edib.

Qeyd edək ki, qiyamçı diplomatın bu çıxışı YouTube şəbəkəsində yayılıb.Nahid Cəfərovla Əli Kərimli arasındakı münaqişənin səbəbi isə keçmiş diplomatın AXCP sədrini özünün Facebook səhifəsində yüngülcə tənqid etməsidir.

N.Cəfərov yazıb ki, AXCP rəhbərinin mövqeyi onun siyasi lider kimi tükəndiyini göstərir: “Əgər bir siyasi lider 25 illik mübarizədən sonra belə deyirsə bu, onun tükəndiyini göstərir. Siyasi lider özünü necə qurban obrazında təqdim edə bilər?

Əgər Azərbaycanda xalq özü qalxacaqdısa o zaman müxalifətə, siyasətçilərə nə ehtiyac vardı? Tutaq ki, Kərimlinin dediyi kimi xalq hərəkatı oldu, bəs bu hərəkat sosial partlayışa çevriləcəksə ona kim nəzarət edəcək?”

Lakin Kərimlinin bu yüngülcə tənqidinə cavab olaraq onun internet-trolları kütləvi şəkildə keçmiş diplomata qarşı hücuma keçiblər.

Kərimlinin trolları Nahid Cəfərovu “MTN agenti olmaqda”, “müxalifətə desant kimi atılmaqda” və daha nələrdə ittiham edib.

“Bu adam ölkəyə guya liberal dəyərlər gətirmək istəyir, ancaq onu azacıq tənqid etdim, mənə yazılmayan təhqirlər, söyüşlər qalmadı. Onun tərəfdarlarından bir nəfəri də demədi ki, ay qardaş, təhqir niyə yazırsan?”

N.Cəfərov deyib ki, Əli Kərimli siyasi lider deyil. N.Cəfərov deyib ki, Kərimli Fikrət Hüseynli kimi dələduzları, saxta sənəd alverçilərini vitrinə çıxarır: 

“Bu da insanlarda siyasətə olan inamı öldürür. Budur Əli Kərimlinin azərbaycan xalqına vəd etdiyi gələcək?

Siz siyasəti murdarladınız, iyrənc mübarizəyə çevirdiniz, insanların ümidlərini məhv etdiniz”.

RealMedia.az xatırladır ki, son vaxtlar AXCP çalxalanır. Sosial şəbəkələrdə prezident “seçənlər” və “seçdirənlər” yeni mərhələyə qədəm qoyublar.

Əslində əvvəlkilərdən heç nə ilə fərqlənmir. Eyni mətn, eyni təqdimat, eyni gözlənti və yəqin ki, eyni olacaq nəticə.

“Yurd” sədri Əli Kərimlini prezident “seçirlər”, bunun üçün ən yaxşı məntəqə elə Facebook-dur, saxta profillər burda, bir kompyuterdən göndərilən çoxadlı “like”lar burda, siyasət burda, “lider” burda.

Qalıb bircə seçici ki, onsuz da keçinmək olar. Əsas odur ki, Markın saxta profillərlə mübarizəsindən sağ-salamat qurtulmuş adı var, özü olmayan bu proflil sahiblərinin hesabına “müxalifətin prezident seçkilərində əsas namizədi kimi” təqdim edilməkdən xoşlanan Əli Kərimlnin arzusu yerinə yetsin.

Həyatda reallaşmayan arzusunun heç olmasa Facebok-da həyata keçməsinə heç Mark özü də mane ola bilməz.

Virtual meydan genişdir, bacardığın qədər “like” topla, meydan sula. Bura sənin üçün “Məhsul” stadionu deyil ki, “kənarlara çəkilin, meydan boş görünməsin” deməyə məcbur qalasan.

Bura Markın meydanıdır, nə qədər ki, Mark cin atına minib “bu meydanda at oynadacaq adam ancaq mənəm” deməyib, müxalifətçilik oyununun dadını çıxart…

Görəsən, Milli Şurada namizədin müəyyənləşdirilməsi üçün gizli səsvermə keçirilsəydi və Əli Kərimli namizədliyini qoysayda, ona öz həmfikirlərindən neçəsi səs verərdi?

Bülletenlərdən yəqin ki, “Yurd” sədrinin adı çıxmayacaqdı, ya da özünə səs verən elə özü və ətafındakı 5-10 adam olacaqdı.

İnanmayanların menyusuna: 2010-cu ildə mövcud olan və sonradan elə Əli Kərimlinin yersiz və boyundan hündür iddiaları hesabına dağılan İctimai Palatanı xatırladaq. Əli Kərimli nə qədər çalışsa da, Koordinasiya Şurasına seçkilərdə birinci ola bilmədi.

Fakt və reallıq budur. Bütün tarix və təcrübə göstərir ki, Əli Kərimli seçkidə iqtidara da, müxalifətin istənilən namizədinə belə uduzacaq gücdədir.

Öz keçmişi ilə qazandığı, hətta bir zamanlar həmfikir saydıqlarının belə patoloji nifrətindən başqa bir şey olmayan Əli Kərimli bütün bunları hər kəsdən daha yaxşı bildiyi üçün seçki onun üçün sevilməyən “əyləncədir”.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin