Avropadan Malidəki çevrilişlə bağlı – Açıqlama

0
713

Avropa Birliyi Malidə baş verənləri diqqətlə izləyir.

RealMedia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatında deyilib.

“Hərbi çevriliş, nə qədər dərin olmasına baxmayaraq, heç vaxt böhranın həlli deyil. Avropa Birliyi Qərbi Afrikanın İqtisadi Birliyinə böhrandan çıxış yolu tapma səylərində tam dəstəyini ifadə edir”, – o bildirib.

Xatırladaq ki, Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar. Üsyançılar artıq paytaxt Bamakoda ölkə Prezidenti İbrahim Bubakar Keyt və Baş nazir Bubu Sisseni həbs edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin