Avropada müharibə olsa, bu ölkələr məhv ediləcək – Rusiya dəhşətli SSENARİNİ AÇIQLADI

0
808

“Avropada müharibə başlanacağı halda Baltikyanı ölkələr riskin zonasına düşəcək”.

Bunu Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Sputnik” agentliyinə müsahibəsində bildirib.

“Amma çıxış yolu var: NATO qoşunlarını çıxarmaq və neytral statusu qəbul etmək”, – siyasətçi deyib.

Jirinovskinin sözlərinə görə, ərazisində ABŞ-ın hava hücumundan müdafiə sistemlərini yerləşdirən ölkələr böyük Avropa müharibəsi olacağı halda məhv edilə bilər: “Çünki heç kim dözməyəcək ki, oradan Rusiya üçün birbaşa təhlükə olsun. Baltikyanı ölkələrin hakimiyyəti, Polşa və Ukraynanın özləri tələb edirlər ki, onlarda daha çox NATO qoşunu yerləşdirilsin. Və müharibə başlayacağı halda, əlbəttə, qarşı duran tərəflərin qarşılıqlı məhvi və bombardmanı olacaq”.

Onun fikrincə, ərazilərində NATO qoşunları, xüsusilə hərbi texnika yerləşdirən ölkələr özlərini xüsusi risk zonasına daxil etmiş olurlar.

“Axı bu, müdafiə qoşunu deyil, hücum qoşunudur və onun qarşısında tamamilə Rusiyaya hücum məsələsi qoyula bilər”, – siyasətçi bildirib.

O, belə qənaətə gəlib ki, NATO gücləri Rusiyanın sərhəd ərazilərinin tutulması üzrə konkret planlar üzərində işləyir.

“Və bundan sonra onlar hələ də istəyirlər ki, biz bütün bunlara sakitcə baxaq”, – Jirinovski deyib.

Rusiya Dövlət Dumasının üzvü bildirib ki, Baltikyanı ölkələr, həmçinin Litva bir daha düşünməlidir. Onun fikrincə, NATO-dan çıxmaq və bitərəf mövqe tutmaq olar. Jirinovski Finlandiya və İsveçrəni nümunə gətirib.

Ömər Dağlı

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin