Avropada 554 mənzili olan oliqarxın oğlunun deputatlığa namizədliyi təsdiqləndi – FOTO

0
96
“Vaxtilə Almaniyada 554 mənzil almış Nasir Mustafazadənin oğlu Nicat Mustafazadənin də 113 saylı Şəki şəhər seçki dairəsindən namizədliyi təsdiq olunub”.
“RealMedia.az” xəbər verir ki, bu haqda jurnalist Cavanşir Həsənli fesbukda məlumat yayıb.
“Nicat Mustafazadə KAPİTAL BANK ASC-də aparıcı mütəxəssisdir, İngiltərənin Durham biznes məktəbinin məzunudur. Atası Nasir Mustafazadə “Azəri Servis LTD”nin rəhbəridir, əvvəllər “Azərkəndsutəchizatı” Dövlət Konsernində çalışıb. Onun sahib olduğu şirkət irihəcmli tenderlərin “qalibi” olub, əsas sifarişçiləri “Meliorasiya və Su Təsərrüfatı”ASC, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu, “Azərsu” ASC, Bakı şəhəri Mənzil Kommunal Departamenti və rayon icra hakimiyyətləridir. Bir neçə il əvvəl Almaniyanın Frankfurt şəhərində 554 mənzil aldığı və sonradan bütün mənzilləri türk işadamına 22 milyon 800 min avroya satdığı məlum olmuşdu”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin