Avropa qaçqın əlində girov, bizsə… bir qrup köçkündən Orduxan kimilərə etiraz

0
910

Azərbaycan dövləti məcburi köçkünlərlə bağlı siyasətində Avropaya dərs keçir

Hökumət 1 milyon qaçqının sosial həyatının yüksəldilməsi istiqamətində addımlar atır.

93-dən bitməyən dəstək və qayğı

Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılması haqqında son sərəncamı buna növbəti nümunədir.

Martın 1-dən müavinətlər 10 faiz artırılacaq. Bu da məcburi köçkün ailələrinin büdcəsinə böyük dəstəkdir.

Çünki hər bir köçkün işləyib maaş alırsa, dövlətdən də aldığı müavinət artırsa, ailə qayğıları, məişət problemləri kifayət qədər yüngülləşmiş olacaq.

Prezidentin son sərəncamı göstərir ki, 1993-ci ildən bəri Azərbaycan dövləti qaçqın və köçkünləri bir gün də olsun köməksiz qoymayıb. Artıq 2018-ci ildir və yenə də hökumət köçkünlərə lazımi qayğını göstərir.

Hərçənd ki, getdikcə onların dövlət yardımından asılılığı azalır, prezident yeni-yeni iş yerləri açır, köçkünlər arasında sahibkarlıqla məşğul olanların sayı artır, bununla belə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi onların sosial problemlərinin həllinə laqeyd qalmır.

Qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərinin öyrənilməsi və vaxtında həlli, mənzil-məişət şəraitlərinin yaxşılaşıdırılması daim dövlətin xüsusi diqqət mərkəzində saxlanıldı.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı”na, ona edilən əlavələrə uyğun bu insanlar üçün hər cür infrastrukturu olan yeni qəsəbələr, şəhərciklər, məhəllələr salındı.

Bu prosesin davam etdirilməsi daha çox sayda məcburi köçkünün sosial probleminin həllinə yol açır, doğma ata-baba torpaqlarından didərgin düşmüş bu insanların yüksək dövlət qayğısı ilə əhatə olunmasının növbəti real təsdiqi kimi çıxış edir.

Orduxan, Məhəmməd kimilər…

Həqiqətdir ki, Azərbaycan köçkünlərin problemlərin həlli siyasətində böyük təcrübə sahibidir və Avropaya bir nümunədir.

Bu gün Qərb ölkələri miqrant axının qarşısında aciz qalıblar. Azərbaycan hökuməti isə bu problemin öhdəsindən gəlməyi bacardı.

Ancaq Avropaya qaçıb gedən bəzi azərbaycanlılar var ki, ölkənin əleyhinə qərəzli çıxışlar edirlər.

Onlar bəzi anti-Azərbaycan mərkəzlərin maraqlarına xidmət edərək dövlətin haqqında yalan məlumatlar yayırlar. Heç bir Avropadakı erməni öz dövləti barəsində belə çıxışlar etmirlər.

Ancaq son vaxtlar Orduxan, Məhəmməd kimi anti-Azərbaycan dairələrinin korporativ maraqlarının tələsinə düşənlər özlərini müxalifətçi kimi göstərərək qəhrəmanlıq etdiklərini düşünürlər.

Hollandiyada yaşayan “mühacir” Orduxan Teymurxan bu günlərdə erməni vandalizmini pərdələyən çıxışı ilə diqqət mərkəzinə düşüb.

Orduxan sosial şəbəkələrdə yayımlanan çıxışında ermənilərin işğal etdikləri Azərbaycan ərazilərindəki məscid və qəbirləri dağıtmadıqlarını iddia edəcək qədər “irəli gedib”.

“Ermənilər bütün məzarları dağıtmayıblar. Düzdür, bizim məzarlarımız, məscidlərimiz erməni keçilərinin, erməni donuzlarının ayağı altındadır. Amma onlar bilərəkdən vandalizm formasında o qəbirləri dağıtmayıblar. Dağıtmırlar da…”

Göründüyü kimi, Avropada məskunlaşdıqdan sonra qatı erməni təəssübkeşinə çevrilən Orduxan və onun kimiləri maddi təminatlar qarşılığında hər cür rəzalətə baş vurmaqdan çəkinmirlər.

Köçkünlərin məktubu: “Adam öz kimliyini…”

Redaksiyamıza məktub yazan bir qrup məcburi köçkün də qeyd edib ki, onları yurd-yuvasından didərgin salan erməni işğalçılarının maraqlarına uyğun çıxışlar edən Orduxan kimilər Azərbaycanı Avropada belə “təmsil” edirlər.

Azərbaycandan Avropaya getmiş müxalifyönlü şəxslərin siyasi xarakterli çıxışlarını haradasa başa düşmək olar. Yəni onların əsaslı-əsassız fikirləri siyasi məzmun daşıyır və o kontekstdə də adekvat reaksiyalar doğurur.

Lakin Hollandiyaya sığınmış Orduxan adlı mühacirin sosial şəbəkələrdəki fəallığı başqa istiqamətdədir.

Onun son paylaşımı isə ümumiyyətlə, o şəxsin milli mənsubiyyətini şübhə altına alır.

Adam öz kimliyini nə qədər itirməlidir ki, ermənilərin işğal olunmuş ərazilərimizdəki tarixi abidələri, məscid və məzarlıqları dağıtmadığını desin. Bunun nə izahatı, nə də bəraəti var. Ümumiyyətlə, belə şəxslərin bu xalq üçün “itirilmiş” sayılması lazımdır.
Xalqımıza qarşı qanlı əməllərinə iki əsrdir, ara verməyən, uşaq, qadın, qoca bilmədən soydaşlarımızı qətlə yetirən, 1905, 1918 və 1992-ci illərdə soyqırım törədən erməniləri dəstəkləyən şəxs getsin milliyyətini və pasportunu da erməniləşdirsin.

Azərbaycan köçkününə sahib çıxır

Bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər dövlətin təminatındadır, onların problemlərinin həlli isə dövlət rəhbərliyinin gündəlik diqqət mərkəzindədir.

Qeyd edilənlər bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli həyata keçirilən siyasətin mühüm istiqamətini təşkil edir.

Bunun daha bir təsdiqi kimi dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni sazişin imzalanmasını göstərmək olar.

Hazırda qaçqın və məcburi köçkünlərə Azərbaycan hökumətinin ayırdığı vəsait nisbət etibarilə dünyada ən yuxarı göstəricilər sırasında yer alır.

Bu fonda qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan təcrübəsi artıq dünyada bir model olaraq qəbul edilir. Bu modeldən isə istifadə etməli olanların sayı heç də az deyil.

Məsələn, bu gün 550 milyon əhalisi olan Avropa 1 milyon miqrantın idarəçiliyində çıxılmaz vəziyyətə düşüb.

Halbuki on milyon əhaliyə malik gənc dövlət olan Azərbaycan 20 ildən çoxdur ki, bir milyon 200 min nəfərdən çox qaçqın və məcburi köçkünün problemlərini həll edir, beynəlxalq hüquq normalarına hörmətlə yanaşır, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir. Lakin müasir Avropa isə bir milyon qaçqın və miqrantın əlində girova çevrilib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin