Avropa İttifaqı Şurasına rəhbərlik Bolqarıstana keçdi

0
725

Bu gündən rotasiya qaydasına uyğun olaraq Bolqarıstan Avropa İttifaqı Şurasının sədri olub.
Bolqarıstanın Avropa İttifaqına sədrliyi dövründə Sofiyanın vasitəçiliyi ilə Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı danışıqlar davam etdiriləcək. miqrasiya siyasəti üzərində iş aparılacaq, uzunmüddətli maliyyə razılaşması hazırlanacaq, quruma üzv ölkələrin regional inkişaf məsələləri müzakirə olunacaq, Şərqi Balkan ölkələrinin Avropa cəmiyyətinə inteqrasiyası, vahid Avropa müdafiəsinin formalaşdırılması, ümumi rəqəmsal bazarın yaradılması diqqət mərkəzində olacaq.

Bolqarıstan sədrliyi dövründə anti-Rusiya sanksiyalarının ləğvi məsələsini də gündəmə gətirmək niyyətindədir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin