Astarada ər arvadını bıçaqlayıb

0
39

Astarada ər arvadına 5 bıçaq zərbəsi vurub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolatan kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Cəfər oğlu Quliyev həyat yoldaşını atası evində bıçaqlayıb.

Döş qəfəsindən bıçaq xəsarətləri alan 1983-cü il təvəllüdlü Elazə Şirməmməd qızı Quliyeva dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin