Asim Mollazadənin dairəsində 4 məntəqənin nəticəsi ləğv olundu

0
178

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 22 saylı Nəsimi ikinci seçki dairəsindən namizəd Vüqar Məmmədovun müraciətinə baxılıb.

“RealMedia.az” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib.

 O bildirib ki, müraciətdə həmin dairənin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntuların olduğu iddia olunub.

Qeyd edilib ki, müraciət edən namizəd həmin dairə üzrə müxtəlif məntəqələrdə səsvermə günü pozuntuların olduğunu iddia edib.

İclasda vurğulanıb ki, müraciət araşdırılıb və 22 saylı Nəsimi ikinci seçki dairəsinin yalnız 4 seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən hallar müəyyənləşdirilib.

Komissiya həmin dairənin 1, 11, 20 və 24 saylı seçki məntəqələrinin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin