Asif Ağayevin SON MƏNZİLİ: Beyləqanda inşa olunan 36 mənzillik bina sakinlərin göz dağına çevirilib – SƏBƏB?

0
381
RealMedia.az olaraq xatırladaq ki, Prezident İlham Əliyev 13 fevral 2019-cu ilin tarixində Beyləqan rayonuna səfər etmişdir. Dövlət başçısı səfərdən geri döndükdən dərhal sonra Beyləqan şəhərində 36 mənzilli yaşayış binasının tikintisinə 2 milyon manat vəsati ayırmasına sərəncam imzalamışdır.
Tikinti işlərinin həyata keçirilməsi prosedurunu isə “İnşaat Servis-2” Məhdud Məsuliyyətli Cəmiyyəti öz üzərinə götürmüşdür.
Qeyd edək ki, binanın tikintisi 2020-ci ilin avqust-sentyabr aylarında nəzərdə tutulsada, lakin hələ də bina istismara hazır deyil.
Bildirilir ki, hazırda yaşayış binasının tikintisinin gecikdirilməsi və hələ də sakinlərin istifadəsinə verilməməsi ayrılan vəsaitin bir hissəsinin mənimsənilməsi ilə bağlıdır. Buna görə də sakinlərin binaya köçürülməsi prosesi ləngidilir.
Bəzi iddialara görə, sözügedən yaşayış binasının ayrı-ayrı şəxslərə satıldığı da həmin bilgilər içərisində yer alıb.
P.S. Binanın inzibati ərazisinə daxil olarkən ərazini biabırçı vəziyyətdə, kol-kos içində olması artıq hər şeyi özündə ehtiva edir.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin