ASALA xortlayır: Təhlükə ciddidir və qabaqlayıcı addımlara ehtiyac yaranıb…

0
746

Əcdadlarımızın qətiyyəti və mübarizliyi sayəsində vaxtilə erməni terrorizminin qarşısını almaq mümkün olmuşdu… İndi də buna hazır olmaq lazımdır. Çünki ermənilər elə bir düşməndir ki, onların nə vaxt, harada, hansı xəyanəti edəcəklərini əvvəlcədən mütləq bilmək vacibdir…

TERROR: bu söz səslənəndə düşüncələrdən ilk keçən paralel kəlmə “erməni” olur. Çünki erməni toplumu terror anlayışı ilə qaynayıb-qarışıb. Və terror ilə “erməni” kəlməsi demək olar ki, eyni mənanı daşıyır.

Məsələ ondadır ki, erməni toplumunda terror anlayışının milli mənsubiyyətin əsas təsdiqləyici faktoruna çevrilməsinin yüzilliklərlə tarixi var. Belə ki, ermənilər öz ilk terror təşkilatlarını XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Hınçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaradıblar. Və həmin vaxtdan üzübəri məhz terroru milli ideologiya kimi nəsildən-nəslə ötürməkdə davam edirlər.

Erməni toplumu heç vaxt parlaq ziyalılar yetişdirə bilməyib. Elə bir rəğbət bəslənəcək şairləri, yazıçıları, iqtisadçıları, siyasətçiləri, ümumiyyətlə, elm adamları yoxdur. Ancaq onların “tarix”ində istənilən qədər terrorçuların adlarına rast gəlmək olar. Hamısı da yaşadıqları dövrdən asılı olmayaraq, öz sadist ruh halıyla, törətdikləri kütləvi cinayətlərlə bütün dünyada “məşhur”durlar.

ermeni_terrorizmi_1.jpg (81 KB)

Yəni, başqa xalqlar elm də daxil olmaqla, müxtəlif bəşəri yaşam sahələrini inkişaf etdirdiyi halda, erməni toplumu məhz terroru özü üçün “əsas inkişaf sahəsi” olaraq, seçib. Və onilliklər ərzində terror sahəsinin “inkişaf” etdirilməsində “böyük uğurlar” qazana biliblər.

Hətta hesab etmək olar ki, erməni toplumu terror sahəsi üzrə bütün dünya üçün ən önəmli “örnək”dir. Və böyük ehtimalla erməni toplumunda kimlərsə, terror aksiyalarının təşkilinin əsas yolları ilə bağlı da “dərs vəsaitləri” yazmış olarlar.

Hər halda, erməni terrorçularının dünyanın müxtəlif ölkələrində və nəhəng şəhərlərində törətdikləri terror aksiyalarının siyahısı minlərlə qeyri-bəşəri cinayəti özündə əks etdirir. Erməni terrorizminin “şah əsəri” isə məhz ASALA hesab olunur.

1975-ci ildə Livanda yaradılan “Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu” – ASALA terror təşkilatı həmin dövrdən başlayaraq, Türkiyədə və Avropa ölkələrində saysız-hesabsız terror aktları törədib. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA terror təşkilatının məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaqdır. Yarandığı vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib.

asala-pkk-el-ele-3915098_5572_o.jpg (108 KB)

Göründüyü kimi, əsas hədəfi bəllidir. Amma ASALA özünə güclü dəstək qazanmaq üçün müxtəlif ideoloji manevrlərdən də istifadə edib. Belə ki, bu terror təşkilatı hədəfləri sırasına NATO-nu da əlavə edib. Nəticədə keçmiş SSRİ KQB-si ASALA-ya böyük həvəslə yardım göstərməyə başlayıb. Bu iş Ermənistan SSR KQB-sinə həvalə olunub, İrəvan üzərindən ASALA-ya qızıl və valyuta göndərilib.

ASALA-nın dəstəkçilərinin sırasında Fransa da yer alıb. Belə ki, Türkiyənin hədəfə alınması rəsmi Paris üçün həmişə cazibədar olub. Odur ki, ASALA bütün dünyada, o cümlədən, Fransa da daxil olmaqla, Avropa ölkələrində Türkiyə diplomatlarına qarşı terror aksiyaları törətməyə başladıqda, Qərbdə hər kəs gözlərini bərk-bərk yummağa üstünlük verdi. Rəsmi Ankaranın ASALA-nı terror təşkilatı kimi tanımaq çağırışlarına isə qulaqlar qapadıldı.

Yəni, onlarla Türkiyə diplomatı öldürüldü, ancaq beynəlxalq ictimaiyyət həmişə susdu. Nəticədə Türkiyə uzun müddət ASALA terror təşkilatıyla təkbaşına mübarizə aparmaq məcburiyyətində qaldı. Türkiyə Milli İstihbarat Təşkilatı bütün dünyada ASALA-ya qarşı əlindəki imkanlar daxilində savaşdı.

ASALA ilə mübarizədə MHP-yə bağlı ülküçülərin də əvəzsiz xidmətləri olub. Belə ki, ülküçülər Türkiyə kəşfiyyatı ilə birlikdə ASALA-nın ölkədəki bütün dayaqlarını məhv etməyə nail olublar.

8f58f324e7daf8cb01bad1f3be168be5.jpg (17 KB)

ASALA-nın parçalanmasına nail olunsa da, bu terror təşkilatının Türkiyə xaricindəki fəaliyyətinə qarşı mübarizədə müəyyən çətinliklər də olub. Belə ki, Avropada bir çox terror hadisələri törədən ASALA nəzarətdən çıxmağa başlayıb və həm İsveçrəni, həm də Fransanı hədələməyə başlayıb. Əsas səbəbsə, Türkiyənin ASALA-ya qarşı mübarizəsinin zəiflədilməsi üçün Qərb dövlətlərindən rəsmi Ankaraya təzyiq göstərilməsi ilə bağlı tələblərin cavabsız buraxılması olub.

Ona görə də, ASALA dünyanın “pul kisəsi” hesab olunan İsveçrəni və Fransanı hədələməklə, Qərb dövlətlərini terrorla şantaj etməyə çalışıb. Və sözlərinin üstündə də durublar. Belə ki, ASALA tərəfindən həm İsveçrə, həm də Fransa diplomatlarına və vətəndaşlarına qarşı kütləvi terror dalğası başladılıb.

Məhz bundan sonra Türkiyənin ardınca Fransa da hərəkətə gəlib. Nəticədə həm Fransa, həm də Türkiyə kəşfiyyatlarının səyləri nəticəsində ASALA terror təşkilatı uzun müddət üçün sıradan çıxarılıb.

Ancaq ASALA-nın birdəfəlik məhv edildiyinə inanmaq sadəlövhlük olardı. Çünki terror təşkilatları adətən, fəaliyyət imkanları məhdudlaşanda “cild”lərini dəyişməyə üstünlük verirlər. Bu reallıq Əl-Qaidə terror təşkilatının özünü başqa ad altında yenilənməsiylə də təsdiqlənib.

unnamed.jpg (36 KB)

Bəzi məlumatlara görə, ASALA aldığı sarsıdıcı zərbələrdən sonra “Sasna tser” (“Sasun qaplanları”) adı altında gizlənərək, özünü qorumağa üstünlük verib. Bu terrorçuların hazırda Dağlıq Qarabağ və Suriya ərazisində toplanaraq, təlim keçdikləri iddia olunur.

Eyni zamanda, son günlərdə ASALA-nın öz adı altında yenidən peyda olmağa can atdığı da müşahidə edilməkdədir. Belə ki, soydaşlarımızın Avropa ölkələrində təşkil etdikləri etiraz aksiyalarına basqın edən bəzi ermənilər, üzərində ASALA yazılmış köynəklərlə meydan oxumağa çalışırlar. Bu isə ASALA-nın yenidən xortlamaqda olduğunun əlaməti kimi də dəyərləndirilə bilər.

Ötən əsrin əvvəllərində erməni terrorizmi Azərbaycanı hədəfə alanda, 1906-ci ildə Gəncədə, “Daşnaksütun”un terror aksiyalarına qarşı mübarizə aparmaq üçün “Difai” təşkilatı qurulmuşdu. Eyni zamanda, erməni terrorizminə qarşı mübarizə aparan təşkilatların sırasında “İttihad” da yer alırdı. Yəni əcdadlarımız vaxtilə erməni terrorizmini tamamilə ciddiyə almağı və mübarizə aparmağı üstün tutmuşdular. Onların qətiyyəti və mübarizliyi sayəsində erməni terrorizminin qarşısını almaq mümkün olmuşdu.

e5bce78155833694401c4d8767c4f2c5.jpg (111 KB)

Fikrimizcə, indi də bunu ciddiyə almağa ehtiyac var. Düzdür, ötən əsrin əvvəllərindən fərqli olaraq, indi daha güclü dövlətə və mükəmməl orduya sahibik. Ancaq ermənilər elə bir düşməndir ki, onların nə vaxt, harada, hansı xəyanəti edəcəklərini əvvəlcədən mütləq bilmək vacibdir.

Ona görə də vaxt itirmədən Azərbaycan dövlətinin xüsusi xidmət servislərinin bu istiqamətdə fəaliyyətlərini genişləndirməsi önəmlidir. Eyni zamanda, Azərbaycanın diasporla işləyən dövlət qurumlarının da xaricdə yaşayan azərbaycanlıların vahid mərkəzdə birləşdirilməsi məqsədilə təbliğatı gücləndirməsinə ehtiyac var.

Rəsmi Bakının azərbaycanlıların aksiyalarına edilən erməni basqınlarını və üzərində ASALA yazılmış köynəklər geyinmiş quldurları əsas gətirərək, bu terror təşkilatının yenidən fəaliyyətə başladığına dünya dövlətlərinin diqqətini cəlb etməsi qətiyyən yersiz olmazdı.

Belə anlaşılır ki, ermənilər ASALA-nı dirçəltməyə çalışırlar. Xaricdəki diplomatlarımızı və fəallarımızı qorumaq üçün vaxt itirmədən lazımi tədbirlərin indidən görülməsi olduqca ciddi vəzifəyə çevrilməyə başlayıb…

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin