AŞ fəndləri: Bu yolla Azərbaycana təsir etmək mümkün deyil – Şərh

0
946

Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlərin xarakteri məhz Avropa Şurasının özünün üzündən daim ziddiyyətli olub.

Bunu Teleqraf.com-a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun şöbə müdiri, politoloq Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, Avropa Şurası davamlı olaraq Azərbayacana qarşı təzyiq mexanizmlərinə əl atıb:

“Diqqət yetirsək, görərik ki, Avropa Şurası xüsusilə həssas məqamlarda Azərbaycana qarşı kampaniyalar həyata keçirib. Birincisi, Avropa Şurasında səsləndirilən məqamlar heç bir obyektiv əsaslara söykənmir. Yəni, ortaya heç bir dəlil-sübut qoyulmur. Bu, məsələnin bir tərəfidir. İkincisi, Avropa Şurası bütövlükdə proseslərə situativ yanaşmağa üstünlük verir. Fikir verin, Azərbaycanda prezident seçkiləri keçirildi və bu prezident seçkiləri Azərbycanda xalqla hakimiyyət arasında möhkəm vəhdətin olduğunu göstərdi. Bu dərəcədə böyük legitimliyə malik olan hakimiyyətə təzyiq etmək tapmaq Avropa strukturları üçün çətin olacaqdı. O mənada çətin olacaqdı ki, Avropa strukturlarına Azərbaycanın tam müstəqil siyasət yürütməsi maraqlı deyil. Ona görə də onlar çalışırlar ki, Azərbaycan hakimiyyətinə bu və ya digər formada təsir etsinlər. Bu baxımdan Azərbaycana qarşı bu cür əsası olmayan kompromatlardan istifadə olunub”.

E.Mirbəşiroğlu əlavə edib ki, Avropa Şurasının və Avropanın digər strukturlarının Azərbaycana qarşı zaman-zaman apardıqları bu kampaniyanın alətləri artıq köhnəlib:

“Bu baxımdan qeyd etmək istəyirəm ki, Avropa Şurası Parlament Assambleyasında açıqlanan hesabatın heç bir əsası yoxdur, heç bir reallığa söykənmir. Mən bu qətnaməni müstəqil Azərbaycan dövlətinə qarşı təzyiqin elementi kimi qiymətləndirirəm. Avropa Şurası hər şeydən öncə obyektiv olmalıdır. Ağı qaradan ayırmağı bacarmalıdır. Bu baxımdan Azərbaycana münasibətdə irəli sürülən məlum iddialar ölkəmizin müstəqil siyasət yürütməsini qəbul etməmə sindromundan irəli gəlir. Onlar çalışırlar ki, Azərbaycanı gözükölgəli etməklə ölkənin siyasi istiqamətinə təsir etsinlər. Ancaq son illərin təcrübəsi göstərir ki, buy olla Azərbaycanın müstəqil siyasətinə hər hansı formada təsir etmək mümkün deyil”.


Müəllif: Səxavət Həmid

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin