“Arvadları erməni olanlarımı prezident gətirəcəyik?”

0
1472

Azərbaycanda I vitse-prezident postuna təyinat bir neçə ay öncə reallaşsa da, qalan vitse-prezident vəzifələri hələ ki, boşdur.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında iddia edir ki, əgər dövlət başçısı İlham Əliyev onu vitse-prezident təyin etsə, qısa zamanda ölkənin bir sıra bəlalardan qurtulmasına töhfəsini verə bilər:

“Mən həmişə qardaşıma kömək eləmək istəmişəm. Mən vəzifə hərisi deyiləm. Mən nazir olmuşam. Lakin əgər prezident məni vitse-prizent qoysa, o zaman görər ki, ona, habelə dədəm Heydər Əliyevə xəyanət edənlərin aqibəti necə olacaq. Axı niyə ayrı-ayrı şəsxslərə görə mənim qardaşımın adı hallanmalıdır? Niyə 3 milyardda adı hallanan Yaqub Eyyubova görə, “Qaçqınkom” Əli Həsənova görə ölkə başçısının adı çəkilməlidir? Hesab edirəm ki, Baş Brokurorluq bu cür məmurlarla bağlı araşdırma aparmalıdır.

Məni qardaşım vitse-prezident qoysa, bu günkü qarışıqlığa, korrupsiyaya, ədalətsizliyə son qoyular. Mənim qardaşım da ömürlük prezident olar. Bu da prezidentin hakimiyyətinin, dövlətçilyin qorunmasında mənim xidimətlərimdən biri olar. Mən özümə görə demirəm. Çünki mən vəzifə görmüşəm. Mən dövlətin maraqları baxımından bunun olmasını istərdim. Lakin məmurlar mənim haqqımda ölkə başçısına müxtəlif sözlər deyir. Deyirlər ki, H.Hacıyev kəskin danışır. Mən necə kəskin danışmayım ki, onlar mənim qardaşımı tək qoyublar? Bir nəfər hər şeyi edə bilmz. Əgər qardaşım məni vitse-prezident təyin etsə, görər ki, xalq arasında nüfuzu necə qalxır. Çünki onun ətrafındakı banditlərlə yalnız Hafiz Hacıyev bacara bilər. Bu mafiyanın öhdəsindən yalnız H.Hacıyev gələ bilər. Bu da mənim qardaşmın həm daxildə, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olar. O, ömürlük prezident ola bilər. Niyə də olmasın? Kim var ki? Kimləri prezident gətirəcəyik ki? Ermənilərin adamlarını? Arvadları erməni olanlarımı gətirəcəyik? H.Hacıyev türkdür. Dədəsi H.Əliyevin də qədrini bilən adamdır. Qardaşı İ. Əliyevin yolunda isə həyatını qoyan adamdır. Əgər məni vitse-prezident qoysa, bu ölkə qısa zamanda bir çox bəlalardan asanlıqla qurtula bilər”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin