Argentinanın itən sualtı qayığı ilə bağlı SON MƏLUMAT

0
842

Bir neçə həftə əvvəl Atlantik okeanında Argentinanın itmiş “San Xuan” sualtı qayığından alınan son məlumat yayımlanıb.

Qayıq itməzdən əvvəl içəridə yanğının başladığı barədə məlumat komandanlığa çatdırılıb.

Məruzıdə deyilir: “Akkumulyatorlara dolan su kütləsi qısa qapanmaya səbəb olub və nəticədə yanğın başlayıb. Qayığın burun hissəsindəki akkulmlyatorlar sıradan çıxıb”.

Daha sonra heyət üzvləri qayığın “batmağa başladığını” bildiriblər.

Qeyd edək ki, “San Xuan” sualtı qayığı ilə əlaqə noyabrın 15-i itib. Qayıqda 44 nəfər heyət üzvü olub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin