Vətən Müharibəsində şəhid olan baş leytenant Mahir Dadaşzadə – Aprel və Tovuz döyüşlərində də iştirak edib (VİDEO)

0
216
Xeyli sayda döyüş yoldaşını ölümdən xilas edən qəhrəman döyüşçü bu gün həyatda yoxdur.
44 günlük müharibənin 15 gününü döyüşən baş leytenant qəhrəmancasına şəhid olub.
Şəhid zabitimiz döyüş zamanı onlarla əsgərin həyatını xilas edib. Mahir tapdığı yolla ona inanan çox sayda əsgəri bir güllə yarası belə almadan təyinat nöqtəsinə çatdırıb.
Qərib Dadaşzadə orta məktəbin doqquzuncu sinfini bitirdikdən sonra 2007-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.
Mahir orta məktəbdə oxuyan zaman idmanla məşğul olub. İdman yarışlarında dəfələrlə medal qazanan Mahirə el arasında Tayson deyirdilər.
Beyləqan rayonunda yaşayan Dadaşzadələr ailəsi indi qəhrəman övladları ilə fəxr edir. Mahir Aprel və Tovuz döyüşlərində də iştirak edib.
Ermənistanın təslim olmasından cəmi bir neçə gün əvvəl Mahir döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin