APOEL-in baş məşqçisi:“Qarabağ”la matçda hücumda daha yaxşı oynamalıyıq”

0
14

“AEK-lə oyundan sonra soyunub-geyinmə otağında futbolçuların nəticə üzündən necə məyus olduğunu gördüm. Əgər qol vura bilmirsənsə, yaxşı oyun kifayət deyil”.

Bunu Kiprin APOEL klubunun baş məşqçisi Tomas Doll deyib.

Almaniyalı mütəxəssis ölkə çempionatının AEK-lə oyunundan (0:0) sonra qarşılaşma barədə fikirlərini açıqlayıb. O, Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la noyabrın 7-də keçiriləcək görüşə də toxunub: “Biz özümüzə inanmalıyıq. Rəqibin cərimə meydançası yaxınlığından daha çox imkanlar yaratmalıyıq. Bu matçda futbolçular çox iş gördülər. Futbol elə bir oyundur ki, topu tora göndərməsən qalib gəlməzsən. Amma başımızı dik tutmalıyıq. Cümə axşamı “Qarabağ”la vacib qarşılaşmamız var. Biz daha çox xal qazana bilərik. Bacardığımız qədər təkmilləşməliyik. AEK-lə matça tribunadan baxsaq, yaxşı oynadıq. Biz texnikalı, gözəl futbol göstərdik. “Qarabağ”la matçda hansı heyət buraxacağımı deyə bilmərəm. Biz hücumda daha yaxşı oynamalı, futbola düzgün yanaşmalıyıq. Mübarizə apardıq, amma nəticə olmadı. Belə şeylər barədə düşünmüməliyik”. (apa)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin