“Ölkə.Az”ın məlumatına görə, Bayram Babayev Kiyevdə intim xidmətlər təklif edən tanışlıq qrupunu və sözügedən fotonu “seks” yazaraq öz profilində bölüşüb.
Azərbaycanlı sosial şəbəkə istifadəçilər isə 60 yaşlı alimi bu hərəkətinə görə onu qınayıblar.
Xatırladaq ki, Bayram Babayev əmək fəaliyyətinə AMEA-nın Geologiya və Geofizika İnstitutunda başlayaraq laborant, elmi işçi, sonra isə institutun baş mühəndisi vəzifələrində çalışıb. Onun Kiçik Qafqazın Naxçıvan ərazisində yerləşən intruzivləri (İlanlı dağ, Əlincə, Berdık və sairə) haqqında elmi məqalələri həm respublika, həm də xarici ölkə mətbuatlarında dərc edilib.
Bayram Babayev 2016-cı ilin yanvar ayında AMEA-nın İşlər İdarəsinin Akademiya Şəhərciyinin direktoru vəzifəsinə təyin edilib.
Zaur Əziz
Ölkə.Az