Amayak Ovanisyan prezidenti hədələdi :” Sərkisyan, hakimiyyəti təhvil ver get”

0
849

“Mən xristianam, həqiqətən də Serj Sərkisyan üçün narahatam.Üzünə deyirəm, sülhlə get, qansız-qadasız.Boris Yelsin nümunəsi var, onun kimi hakimiyyəti təhvil ver get.”

Realmedia.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Ermənistan Politoloqları İttifaqının sədri Amayak Ovanisyan deyib.

Politoloq qeyd edib ki, apreldə Sərkisyan dirənsə və postunu könüllü təhvil verməsə ölkə çalxalancaq:”Bu cəmiyyətə əlcək atmaqdır, Ermənistanın intiharını istəyirsə qalsın, meşələrimizin yanmağını istəyirsə qalsın, Sevanın quramağını istəyirsə qalsın… Bunun qiymətini yalnız Moskva bilir. 3 sentyabrda hər şey bəlli olacaq.”

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin