Alternativ cəzalar məhkumların sayını azaltmaq üçün nəzərdə tutulub — PA nümayəndəsi

0
595

“Ölkədə alternativ cəzalar tətbiq etməklə məhkumların sayını azaltmağı düşünürük”.

Bunu Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərlə bağlı Milli Məclisdə keçirilən ictimai dinləmələrdə bildirib. O qeyd edib ki, bunun yolu alternativ cəzaların tətbiq edilməsidir: “Biz alternativ cəzalar tətbiq etməsək, məhkumların sayını necə azalda bilərik? Məhz buna görə son dəyişikliklərdə bəzi maddələr dekriminallaşdırılıb”.

Qeyd edək ki, Cinayət Məcəlləsinə 300-dən çox dəyişiklik təklif edilir. Nəticədə 34 cinayət üzrə cəza müddəti aşağı alınır, bəzilərində isə azadlıqdan məhrumetmə cəzası maliyyə sanksiyası və azadlığın məhdudlaşdırılması ilə əvəz edilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin