Almaniyada mühacirlər əleyhinə aksiya… və iğişaş (FOTOLAR, VİDEO)

0
1937

Ötən gün Almaniyanın Xemnits şəhərində baş vermiş iğtişaşlarda 18 nümayişçi və 2 polis məmuru xəsarət alıb. AzEuroNews.com xəbər verir ki, radikal sağçıların gəlmələr əleyhinə təşkil etdikləri aksiyalara münasibət birmənalı deyil. Almna mediası olayları “Almaniya üçün utancverici 3 gün” olaraq dəyərləndirib.

Foto © Twitter.com
Foto © Twitter.com

Alman mediasının yazdığına görə, özlərini “Neo-nazist” qruplarının üzvləri kimi adlandıranlar iğtişaşlar zamanı polisə müqavimət göstəriblər. Nəticədə aksiyanı yatırmağa çalışan polis əməkdaşları müxtəlif bədən xəsarətləri alıblar.

Alman siyasətçilər ölkənin şərqində, Saksoniya əyalətinin Xemnits şəhərində solçu və sağçı radikalların iştirakı ilə baş verən toqquşmalar fonunda demokratik dəyərləri müdafiə etməyə çağıraraq zorakılığı pisləyiblər.

Foto © Armin Linnartz/ wikipedia.org
Foto © Armin Linnartz/ wikipedia.org

Almaniyanın baş naziri Angela Merkel hadisələrə bağlı danışarkən bildirib ki, bu şəhərdə sağçı ekstremistlər və neonasistlər əcnəbi vətəndaşlara qarşı məqsədyönlü şəkildə təhrikçilik kampaniyası keçirir: “Bizdə olan videoyazılar onu göstərir ki, burada təhrikçi qüvvələr fəaliyyət göstərib. insanlar məxsusi olaraq qanunazidd hərəkətlər törətmək üçün ictimai yerlərdə toplaşıb, nifrət hissi yayan çağırışlar səslənib.Bir daha təsdiq edə bilərəm ki, bütün bunların bizim hüquqi dövlətlə heç bir əlaqəsi yoxdur”.

Frank-Valter Ştaynmayer / Foto © Amerikanınsesi.com
Frank-Valter Ştaynmayer /
Foto © Amerikanınsesi.com

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Xemnitsdə qətlə yetirilmiş kişinin yaxınlarına başsağlığı verib. O qeyd edib ki, bu kədərli hadisədən sonra təqsirkarları özbaşına cəzalandırmaq məqsədilə küçələrə çıxan sakinlər əcnəbilərə qarşı zorakılıq və nifrət təbliğ edirlər.

Dövlət başçısı bildirib ki, zorakılıq, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, yolverilməzdir. O qeyd edib ki, vətəndaşlar öz hüquq-mühafizə orqanlarına inanmalı, bilməlidirlər ki, polis və ədliyyə orqanları qətiyyətli hərəkət edəcək, qanunun pozulmasına imkan verməyəcəklər.

Hayko Mas/ Foto © Azertag.az
Hayko Mas/
Foto © Azertag.az

Almaniyanın xarici işlər naziri Hayko Mas Xemnits hadisələrini şərh edərək deyib ki, sağçı ekstremizm əcnəbi şəxslər üçün təhlükə olmaqla bərabər, həm də bizim cəmiyyətin sıx birləşməsinə təhdid mənbəyidir: “Biz təkcə Xemnitsdə deyil, Yer kürəsinin istənilən nöqtəsində insan ləyaqətini, demokratiyanı və azadlığı qorumaq üçün əlimizdən gələni etməliyik”.

Hayko Mas Berlində irlandiyalı həmkarı Saymon Kouveni ilə söhbət zamanı kədərlə bildirib ki, qarşılıqlı hörmət və tolerantlıq əsasında diskurs yaratmağa hazır olmayan ayrı-ayrı şəxslər işləri korlaya bilərlər.

Nazir Martin Lüter Kinqin ABŞ-da vətəndaş hüquqları barəsində məşhur nitqindən sitat gətirərək qeyd edib ki, radikal əhval-ruhiyyəli elementlər tərəfindən təhrikçiliyə son qoyulması, hüquq bərabərliyi barəsində arzuların reallığa çevrilməsi üçün biz hələ çox iş görməliyik.

Horst Zeyehofer / Foto © CSU
Horst Zeyehofer /
Foto © CSU

Almaniya DİN başçısı, Almaniyanın şərqində baş verən hadisələrlə əlaqədar uzun müddət susduğuna görə ittiham edilən Horst Zeyehofer avqustun 28-də günün ikinci yarısında nəhayət, vəziyyəti şərh edib və Xemnitsdə hüquq mühafizəçilərinə yardım göstəriləcəyini vəd edib.

Zeyehofer vurğulayıb: “Federal hakimiyyət orqanları buna ehtiyac yarandığını nəzərə alaraq polis qüvvələrini cəlb etməklə kömək göstərməyə hazırdırlar”.

Foto © Twitter.com
Foto © Twitter.com

Siyasətçi qeyd edib ki, 35 yaşlı alman vətəndaşı Daniel qətlə yetiriləndən sonra şəhər sakinlərinin narahatlığını başa düşür. Nazir deyib: “Bununla bərabər, açıq bəyan etmək istəyirəm ki, zorakılığa çağırışlara və aqressiv çıxışlara heç bir halda haqq qazandırmaq olmaz”.

Saksoniya polisi dəqiqləşdirib ki, bazar ertəsi solçu “nasistlərsiz Xemnits” ittifaqının tərəfdarlarının iştirakı ilə protest aksiyalarının gedişində 20 nəfər, o cümlədən 18 nümayişçi və 2 polis işçisi xəsarət alıb.

Foto © Twitter.com
Foto © Twitter.com

Asayiş əməkdaşlarının verdiyi məlumata görə, toqquşma baş verən yerə polisin və xüsusi bölmələrin 591 əməkdaşı cəlb edilib. Bu halda sağçı radikalların sayı 6 min nəfərə çatıb, solçuların aksiyasına isə təxminən 1500 nəfər qatılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin