Allahverənov çempionu öldürüb, iki “Rosqvardiya”çı buna sakitcə tamaşa edib…

0
707

Azərbaycanlı MMA döyüşçüsü Anar Allahverənov tərəfindən ötən həftənin bazar günü Rusiyanın Xabarovsk şəhərində “Qalereya” kafesinin yaxınlığında döyülərək qətlə yetirilmiş pauerliftinq üzrə dünya ikincisi Andrey Draçovun ölümü ilə bağlı qaldırılmış cinayət işinin istintaqı çərçivəsində Rosqvardiyanın əməkdaşlarına qarşı işə başlanılıb.

Virtualaz.org Rusiya İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müstəntiqlərin fikrincə, hüquq-mühafizə orqanları əməkdaşlarının fəaliyyətsizliyi və səhlənkarlığı Anar Allahverənova zərərçəkmişə qarşı aqressiv hərəkətləri davam etdirməyə imkan yaradıb. Bildirilir ki, hadisə yerinə gəlmiş iki rosqvardiyaçı davanın qarşısını almayıb və münaqişənin qızışmasını sakitcə müşahidə edərək, hadisə yerini tərk ediblər.

Bunun nəticəsində onlar arasında ikinci dəfə dava düşüb və qaydasız döyüş ustası Andrey Draçova ölümcül zərbələr vurub.

Xatırladaq ki, cinayət əməlini törədəndən sonra Anar Allahverənov hadisə yerindən qaçaraq gizlənib. Hazırda o. Rusiya üzrə federal axtarışdadır. İstintaq Komitəsi Anarın yerini bildirənə 500 min rubl mükafat vəd edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin