Allahşükür Paşazadənin varisi onun oğlu olacaq – Deputat Qalib Salahzadə

0
1252

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadədən sonra bu posu kim tuta bilər… Belə olan təqdirdə şeyxin varislik məsələsi gündəmə gəlir.

O zaman Şeyx Allahşükür Paşazadənin varisi kim ola bilər?

Modern.az saytı mövzu ilə bağlı şeyxin qudası Hacı Qalib Salahzadə ilə əlaqə saxlayıb.

Hacı Qalib Salahzadə saytımıza açıqlamasında deyib ki, o, bir varis tanıyır.

“Şeyxülislam Hacı Allahşükür Paşazadənin bir varisini tanıyıram. O da oğlu Məhəmməd Paşazadədir. Ümumiyyətlə, varis bir nəfər olur. O da atanın övladları. Həm də bu cür məsələlər Allahın qisməti ilə bağlıdır. Gərək Allah qismət etsin ki, övlad gəlib ölkənin Şeyxüilislamı olsun”.

Şeyxin qudası varislik məsələsindən danışarkən şeyxin heç də qocalmadığını diqqətə çatdırıb.

“Amma Hacı Allahşükür Paşazadə cavandır. Belə baxıram, inşallah, 20-30 il də Qafqazın şeyxi olacaq. Siz şeyxi artıq qocaltmısız. Şeyx qoca deyil.  Həmçinin, Şeyxin övladları, nəvələri bir yolla gedir. Onlar da dindar insanlardır”.

1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və şeyxülislam rütbəsi alıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin