Ali Baş Komandan öz ordusu ilə düşmənin başını əzib: Paşinyan indi “ağ bayraq” barədə düşünməlidir

0
53

Ermənistanın bu savaşda məğlubiyyətə məhkum olduğu qətiyyən şübhə doğurmur… Sadəcə, Paşinyan hakimiyyətinin danışıqlar masası arxasına oturaraq, Ermənistanın məğlubiyyətini rəsmən etiraf və elan etməsi qalıb…

Cənubi Qafqaz regionunda hadisələr böyük sürətlər dəyişir. Regionda geopolitik proseslər intensiv şəkildə yeni istiqamətlər, fərqli məzmun və keyfiyyət qazanmaqda davam edir.

Bu baxımdan hesab etmək olar ki, Azərbaycan ordusu savaş meydanında düşmən üzərində parlaq qələbələr qazanmaqla yanaşı, həm də yeni tarix yazır. Üstəlik, Azərbaycan ordusu yalnız ölkəmizin deyil, eyni zamanda ümumiyyətlə, Cənubi Qafqazın tarixində də yeni tarixi səhifələr açır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu gün Azərbaycan xalqına müraciət edərkən də önəmli zəfər xəbərləri ilə yanaşı, vacib mesajlar da verdi. Belə ki, Prezident İlham Əliyev 24 yaşayış məntəqəsi ilə yanaşı, Azərbaycanın Zəngilan rayon mərkəzinin də düşmən işğalından azad edildiyini müjdələdi. Azərbaycanın işğal altındakı bütün ərazilərinin son qarışına qədər düşməndən azad ediləcəyini vurğuladı.

98d14c46de2893d153e5682a7d351cb5.jpg (88 KB)

Onu da qeyd edək ki, rəsmi Bakı həm savaş meydanında, həm də danışıqlar masasında qətiyyətli mövqeyi ilə diqqəti çəkir. Bunun belə olduğunu Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın nüfuzlu TASS informasiya agentliyinə verdiyi müsahibədə vurğuladığı önəmli məqamlar da təsdiqləyir.

Məsələ ondadır ki, savaş meydanında hərbi üstünlüyü ələ keçirçiş Azərbaycanın Prezidenti ölkəmizin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirməyə hazır olduğunu birməmalı şəkildə vurğulayıb: Azərbaycan öz tərəfdaşları ilə əlaqələr çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində həmişə beynəlxalq hüquqa, münaqişənin dinc yolla həllinə sadiqliyə, o cümlədən, Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanıb, həmin öhdəlikləri yerinə yetirməyə çalışır və hazırlaşır”.

Prezident İlham Əliyev onu da vurğulayıb ki, Azərbaycan nizamlama prinsipinə sadiqliyini də hər zaman qoruyub, saxlamaqdadır. Ancaq hazırda vəziyyətin hələ də qaynar fazada olması Azərbaycanın təqsiri deyil: “Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib, hazırlanıb. Əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, Azərbaycan günü sabah hərbi əməliyyatları dayandırmağa hazırdır”.

Ancaq rəsmi İrəvanın davaranışlarında eyni konstruktiv mövqe qətiyyən müşahidə edilmir. Belə ki, Paşinyan hakimiyyəti bir müddət öncə baza prinsiplərini faktiki olaraq, təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edirdi.

6e01e1fadb908a2a921ad21a78bb36fb.jpg (158 KB)

Ona görə də, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ən önəmli məsələ məhz Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Azərbaycan tərəfindən belə bir siyasi iradənin mövcudluğu açıq-aşkar ortadadır. Çünki Azərbaycan ordusu döyüş meydanında qalib durumundadır. Ermənistan ordusu isə, əslində, artıq hərbi cəhətdən fiaskoya uğrayıb. Ancaq rəsmi Bakı Azərbaycanın savaş meydanında üstün olmasına baxmayaraq, qan tökülməsinin davam etməsini qətiyyən istəmir. Və ona görə də, insanların həyatını qoruyub, saxlamaq məqsədilə bu problemi siyasi yolla həll etməyə hazırdır.

Təbii ki, indi məhz bu məsələnin yoluna qoyulması rəsmi İrəvanın bundan sonra tutacağı mövqedən bir başa asılıdır. Belə ki, Paşinyan hakimiyyəti nəhayət ki, qeyri-konstruktivliyi, sülh danışıqları prosesini pozan mövqeyini bir kənara buraxmalıdır. Azərbaycanın işğal altında olan ərazilərindən Ermənistan hərbi qüvvələri tam şəkildə çıxarılmalıdır.

Halbuki Paşinyan hakimiyyətinin davranışlarından hələlik belə bir niyyət hiss olunmur. Və bunu “Ermənistan humanitar atəşkəsə əməl etmir” deyən Azərbaycan Prezidenti də vurğulayır. Belə ki, dövlət başçısının da qeyd etdiyi ki, Ermənistan “humanitar atəşkəs” rejimini kobud şəkildə pozur. Hətta atəşkəs anlaşmasından heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə saatlarında Gəncənin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə raket zərbələri endirildi. Çoxlu sayda insan həlak oldu və yaralandı.

Ermənistanın atəşkəsi belə nümayişkaranə şəkildə pozması həm də vasitəçilərə qarşı hörmətsizlikdir. Eyni zamanda, rəsmi İrəvan Moskvada uzun danışıqlardan sonra əldə olunmuş atəşkəs anlaşmasıyla öz üzərinə götürdüyü öhdəliklərə də hörmətsiz yanaşdı.

ilham-herb.jpg (52 KB)

Ancaq buna baxmayaraq, “Ermənistanın işğal etdiyi ərazilər geri qaytarılmalıdır” Azərbaycan Prezidentinin mövqeyi birmənalı və qətidir: “Azərbaycan baza prinsiplərinə sadiqdir. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən, Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb”.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti Ermənistanın 27 sentyabra qədər olan status-kvonun bərpasına cəhd göstərməsini qəti şəkildə yolverilməz hesab edir: “Status-kvonu Azərbaycan Ordusu pozub və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Azərbaycan bu bəyanatları eşidib, lakin onların implementasiyasını görməyib. Buna görə də Azərbaycan özü onu implementasiya etdi. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur”.

Təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu mövqeyi danışıqlar masası arxasında əhval-ruhiyyənin artıq ciddi şəkildə fərqli olacağından xəbər verir. Belə anlaşılır ki, Prezident İlham Əliyev “Azərbaycan ordusu üstünlüyünü birmənalı olaraq qoruyur” deməklə, Ermənistanla yanaşı, həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinə birmənalı olaraq, mesaj verir. Yəni Azərbaycan Prezidenti savaş meydanındakı üstünlüyümüzlə bağlı önəmli hərbi faktorun danışıqlar prosesində əsas müəyyənləşdirici amilə çevrilməsində israrlıdır.

Təbii ki, Azərbaycan Prezidenti öz mövqeyində tamamilə haqlıdır. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrləri son 30 ildə işğal altında saxlanmış Azərbaycan ərazilərinin azad olunması istiqamətində heç bir irəliləyişə nail ola bilmədi. Bu isə Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin effektivliyinə yumşaq desək, kifayət qədər ciddi şübhələr yaradır.

699746_0pwgag6vas.jpg (22 KB)

Məsələ ondadır ki, hazırda Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından, müqayisəedilməz bir üstünlüyə malikdir. Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı demək olar ki, məhv edilib.

Hətta bəzi hesablamalardan qaynaqlanan iddialara görə, Ermənistan işğal altında olan ərazilərdəki ordusunun canlı qüvvə baxımından, təxminən 45 faizə yaxınını itirib. Eyni zamanda, ordumuz düşmənin həmin ərazidəki hərbi texnikasının 75-80 faizə yaxın hissəsini sıradan çıxarıb.

Bütün bunlar onu göstərir ki, Azərbaycanın savaş meydadındakı üstünlüyü mütləq xarakter daşıyır. Ermənistanın bu savaşda məğlubiyyətə məhkum olduğu qətiyyən şübhə doğurmur.

Ona görə də əminliklə demək olar ki, Ali Baş Komandan öz ordusu ilə düşmənin başını döyüş meydanında artıq əzib. Sadəcə, Paşinyan hakimiyyətinin “ağ bayraq” qaldırması və danışıqlar masası arxasına oturaraq, Ermənistanın məğlubiyyətini rəsmən etiraf və elan etməsi qalıb. Və tezliklə bu önəmli hadisənin də mütləq baş verəcəyi artıq heç kəsdə ciddi şübhə doğurmur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin