Aldadılmış AAAF Park sakinləri, 200 minlik Meserati, dövləti hədələmə-TOFİQ HEYDƏROV BLEFİ

0
1148

“AAAF Holdinq” MMC-nin təsisçisi, tanınmış iş adamı Tofiq Heydərov həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlər, şayiələrə aydınlıq gətirib.Bu müraciəti əksər media orqanları yayınladı.

Realmedia.az xəbər verir ki, o, öz fecebook səhifəsində videomüraciət yayaraq, rəhbərlik etdiyi şirkətlə bağlı yayılan məlumatlara aydınlıq gətirib, sensasiya sayılacaq faktlar açıqlayıb.

Tofiq Heydərov AAAF Park Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib: “Hörmətli izləyicilərim və dostlarım, ötən gün mediada haqqımda yayılan xəbərlər və İcra orqanlarının hərəkətləri həqiqətən məni çox üzdü. Azərbaycanda olmadığıma görə Facebook hesabıyla sizlərə bildirirəm ki, narahat olmayasınız. Bu gün həqiqətən də çox acınacaqlı vəziyyətdir. Bunu 30 mindən artıq dinc sakinin dövlətə qarşı qaldırılmasına bir cəhd adlandırıram. “AAAF Park” doğrudan da böyük ailədir. Uzun illərdir bu işlər kimlərsə tərəfindən quraşdırılır. Kimlərinsə “AAAF Park”da gözü var. Biz bunu dəfələrlə qeyd etmişik”.

 

Aldatdığı sakinlər etiraz edir- “30 min din vətəndaş” adı ilə şantaj

 

Əvvala kim Tofiq Heydərova dövləti 30 min dinc sakin adından şantaj etməyə haq verib? Hansı sakinlər? Cəmi bir neçə gün əvvəl- 17 sentyabeda “AAAF Park” yaşyış kompleksinin sakinləri aksiya keçirdilər, bildirdilər ki, 2 ildir qaz sayğaclarına pul yığılsa da qaz verilməyib.Binalar istilik sistemi ilə təhziz edilməyib. Bilinmir bu qış da veriləcək ya yox.

Bundan başqa AAAF Park yayayış massivinin “A” və “B” komplekslərinin sakinləri şirkətin öhdəliklərini yerinə yetirməməsindən dəfələrlə mediaya şikayət ərizəsi yazıblar. Sakinlər qeyd edib ki, kommunallarla əlaqədar xidmət haqqının kvadrata görə hesablanması qəbul edilməzdir:

“Belə ki, kommunal xidmətlərlə evin kvadratı arasında hər hansı bir bağlantı qurmaq sadəcə absurd bir metoddur. Kommunal xidmətlər heçkəsin mənzilinin içində deyil, blok, zirzəmi və həyətlərdə (damları deyə bilmərik, çünki mənzil sahiblərinin ümumi mülkiyyət yeri hesab olunan damlar mənzil olaraq müxtəlif şəxslərə satılıb), yəni mənzil xaricində aparılır. Heçkəsə sirr deyil ki, bizə satılan mənzillərin kvadratları müqavilədə göstərildiyindən 7-18 m2 azdır və həmin kvadratlar ana və ara divarlar, şaxta boşluqlarının və s. tutduğu yerlərə də hesablanmışdır. Halbuki, bu şəkildə hesablanma qanunvericiliyə tam ziddiyyət təşkil edir. Heç şübhəsiz ki, gələcəkdə DƏDRX tərəfindən bizə (mənzil sahiblərinə) veriləcək mənzilin mülkiyyəti haqqında çıxarışlarda mənzillərin sahəsi alqı-satqı müqavilələrində yazılandan 7-18 m2 (mənzilin ümumi sahəsinin böyük və ya kiçik olmasından asılı olaraq dəyişir) daha az sahəsi olması öz əksini tapacaq. İstifadəsi mümkünsüz olan və mənzilin ərazisi kimi hesablanan sahələrə görə alqı-satqı müqaviləsinə əsasən ödəniş tələb edilib alınmasının qanunsuz bir hərəkət olmasına baxmayaraq ikinci dəfə və bu dəfə davamlı (təkrar) şəkildə həmin sahələrə görə kommunal xidmət haqqının tələb edilməsi tamamilə qanunsuzdur və bu şəkildə bir aldadılmanı qəbul etmirik. Hesab edirik ki, kommunal xidmətlərə görə tələb edilən ödənişlər, evdə (mənzildə) yaşayan sakin sayına görə tələb edilməlidir. Beləki, SXD AAAF Park yaşayış massivində aşağı-yuxarı Mənzil İstismar Sahələrinin gördüyü işi görməkdədir. MİS-nin gördüyü işin qarşılığında mənzil sahiblərindən yığdığı ödəniş mənzil sakinlərinin sayına görə hesablanır. Məsələn: AR Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli, 05 saylı Qərarı Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsini özündə ehtiva edir. Bu da onu göstərir ki, əhali üçün dövlət bu növ xidmətlərin qarşılığının nəfər sayına görə hesablanmasını doğru hesab edir. Beləki, məsələn 50 m2-lik bir mənzildə yaşayan 4 nəfərlə, 90 m2-lik bir mənzildə yaşayan 1 nəfərin kommunal xidmətlərdən istifadəsi qarşlığında ödəyəcəyi xidmət haqqı ədalət baxımından 4 nəfərlik bir ailənin ödəyəcəyi tək yaşayan bir şəxsin ödəyəcəyindən daha çox olmalıdır. Çünki, 4 nəfərlik ailə bu xidmətlərdən daha çox istifadə edir. Hazırkı vəziyyətə görə isə 90 m2-lik mənzili olan tək yaşamasına baxmayaraq mənzil sahəsi böyük olduğu üçün daha çox ödəməlidir. Bu tələb hansı məntiqə sığır?”

Yaxşı indi Tofiq Heydərov hansı sakinlərin adından ultimatum verir hökumətə, aldatdığı sakinlər adından?

 

2014-cü ildə də qaçmışdı

 

Oxşar hadisə 2014-cü ildə də baş vermişdi. Tofiq Heydərov bir müddət qaçıb gizlənmişdi. Həmin vaxt medianın yazdığına təkrar baxaq:

“”AAAF” yaşayış kompleksi ətrafında baş verənlər bir müddətdir diqqətimizdədir. “AAAF İnşaat” rəhbərinin həbsi xəbəri yayılanda kiçik bir araşdırma aparmışdıq və ortaya məlumatları inkar etməyən inandırıcı faktlar da qoymuşduq. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsi qanunsuz ləğv edilmiş “Bakı Quşçuluq” ASC-nin səhmdarının iddiası əsasında baxılacaq məhkəmə işini təxirə salıb. Səbəb kimi isə cavabdehin nümayəndəsinin xəstələndiyi əsas gətirilib. Lakin məlumatlar var ki, məhkəmənin təxirə salınmasına səbəb “AAAF İnşaat”ın başında dolaşan “qara buludlar”dır. Vaxtilə kompleksin indi sahib çıxdığı 46 ha torpaq “Bakı Quşçuluq” fabrikinə aid olub. Sonradan özəlləşdirilən müəssisə ləğv edilərək 100-dən artıq səhmdarının əlindən çıxarılıb, T.Heydərova verilib. Ortada olan alqı-satqı müqaviləsi isə qanunsuz bağlanıb. Yəni müəssisə ləğv olunmazdan əvvəl həmin müqavilə imzalanıb, ərazi bütövlükdə cənab Heydərovun nəzarətinə keçib. Müəssisənin 46 ha ərazisi, əmlakı ümumilikdə Heydərova 11 milyon manata başa gəlib. Əmlak eksperti isə hesablamalarla belə nəticəyə gəlmişdi ki, ASC-nin əmlakı dəyərindən 2-3 dəfə ucuz satılıb. Bu isə daha çox vergidənyayınmaya xidmət edir və ortada cinayət əməli var. Lakin şirkətin Beynəlxalq Bank prezidentinin himayəsindən tamamilə çıxıb başqa bir yüksək çinli məmur olan AZAL prezidenti Cahangir Əsgərovun nəzarətinə keçməsi bu sahədə hüquqi addımları nəticəsiz edib. Bununla belə müəssisənin ruhdan düşməyən səhmdarları dövlət qurumlarına, KİV-ə müraciətlərini davam etdirib, məhkəmə çəkişmələrinin sayını artıq itiriblər. Hazırda müəssisə ətrafında qalmaqalı onunla izah edirlər ki, hökumət bu işə diqqət yetirmək qərarına gəlib. KİV-in də problemi daim aktual saxlaması onları bir qədər ümidləndirib. Hesab edirlər ki, T.Heydərov “Bakı Quşçuluq” ASC-nin mülkünü qanunsuz ələ keçirib və bağlanan alqı-satqı müqaviləsi də legitim deyil. Çünki satış müəssisənin səhmdarların ümumi yığıncağının ləğvi qərarı olmadan həyata keçirilib və müqavilədə göstərilənin əksinə, müəssisənin bir sıra öhdəlikləri olub ki, bu da onun əmlakının satışını qanunsuz edir. “

Gördüyünüz kimi, özgənin əmlakını ucuz ələ keçirəndə Tofiq Heydərov şikayətlənmirdi.

Dövlətə vergi borcu olduğundan da danışmır.

Bacısıoğlu, AAF-İnşaat MMC-nin direktoru Ruslan Xanverdiyevin az zaman kəsiyində milyonçuya çevrilməsi, 200 minlik idman avtomobili (meserati) sürməsi nə ilə bağlıdır? Axı sakinlər məhz ondan şikayət edir.

 

realmedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin