Akif Çovdarov əfv olundu

0
1867

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi Akif Çovdarov əfv edilib.

“RealMedia.az” xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ona da şamil edilib.

Akif Çovdarov MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olub, general-mayor rütbəsi daşıyıb. 2015-ci ildə “MTN işi” zamanı həbs olunmuşdu.  O, Mənimsəmə və ya israfetmə, qanunsuz azadlıqdan məhrumetmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvətalmada ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin