Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.
“RealMedia.az” xəbər verir ki, “Elgizlə izlə” verilişi ona baş çəkib. Ağakərim müsahibə verməkdə çətinlik çəkib. Yaxınları bildiriblər ki, meyxanaçı artıq heç kimi tanımır.
Qeyd edək ki, sevilən meyxanaçı illərdir yataq xəstəsidir. O, insult keçirmişdi. Daha sonra Ağakərimin ayaqları tutulmuşdu.