Ağdam Təhsil Şöbəsinin Həmkərlar İttifaqında “PROFSOYUZ” ADI ALTINDA YEYİLƏN PULLAR

0
1488

Azərbaycanda Həmkərlar İttifaqının nəyə yaradığını heç kim bilmir. Yəni heç bir işçi ya da dövlət qulluqçusu, müəllim və həkim qalxıb deyə bilməz ki, Azərbaycan Həmkərlar İttifaqı mənim hüququmu müdafiə edib. Yəni ən azından Azərbaycan təhsilini məhv etdiyinə görə bəyənmədiyimiz Misir Mərdanov özünün nazir statusu ilə qalxıb deyirdi ki, müəllimlərin maaşı həddindən aşağıdır. Amma bu günə qədər heç bir Həmkərlar İttifaqı qalxıb deyməyib ki, müəllimlərin maaşı aşağıdır. Ya da müəllimələrin filan problemi var. Həkimlərində, adi fəhlələrində, Həmkərlar İttifaqları da elə.

Amma bu Həmkərlar İttifaqı hər ay işçilərdən çuval-çuval pul toplayırlar. Hər kəsin maaşından 2 faiz zorla tutub hesablarına keçirilər. Pulu ona görə toplayırldar ki, güya işçilərin hüquqlarını müdafiə edəcəklər. Müəllim nə qədər maaş alır, fəhlə hansı şəraitdə çalışır, onların vecinə belə deyil. Üstəlik sanatoriyaları da öz nəzarətlərində saxlayırlar. Yəni yoğurmadan yapmadan hazırca kökələrini yeyirlər.

Bu barədə Ağdamda çalışan bir qurub müəllimlər məlumat verib. Məlumat da bildirilir ki, Ağdam Təhsil Şöbəsinin Həmkərlar İttifaqının sədri Həsənova Xalidə Ələsgər qızı düz on iki ildir ki, dayanmadan Ağdam müəllimlərindən pul yığır. Həm də az yığmır. Məlumata görə Xalidə xanımın xidmətində olan idarə, müəssisə və təşkilatların sayı nə az, nə çox, 160-dır. Onların siyahısını oxucularımıza təqdim edirik:

Texnikumlar – 1
Kolleclər – 1
Peşə məktəbləri – 2
Orta ümumtəhsil (əsas, ibtidai, səkkizilliklə birlikdə) məktəbləri – 138
Uşaq bağçaları – 12
Uşaq yaradıcılıq mərkəzləri – 2
Ekoloji tərbiyə və tədris mərkəzi – 1
Uşaq gənclər idman məktəbi – 1
Şahmat məktəbi – 1
Təhsil Şöbəsi – 1

Bu təhsil müəssisələrinədə və idarələrdə işləyənlərin cəmi sayı 5960 nəfərdir. Hamısı da Xalidə xanımın Həmkərlar İttifaqının üzvüdür. Başqa cür imkanı belə yoxdur. Bundan başqa Xalidə xanım Ağdam Mexanizasiya Texnikumunda və Ağdam Musiqi Kollecində təhsil alan 263 tələbənin 148-dən Həmkərlar İttifaqı adına pul alır. Bu isə Xalidə xanımın pul toplpdığı adamların sayını 6108 nəfərə çıxarır. Məlumatda bildirilir ki, Həmkərlar İttifaqı hər kəsin maaşının məcburi olaraq 2 faizini mənimsəyir. Amma bu pulların hara xərcləndiyini bir Allah bəndəsi belə bilmir. Nəzərə alsaq ki, ortada heç də az pul toplanmır, o zaman bütün Həmkərlar İttifaqları, həmçinin də Xalidə xanım zorla pul aldıqları şəxslərə qarşı şəffafolmalıdır. Ən adi hesablama aparasaq, o zaman görərik ki, doğurdan da ortada heç də az pul qeybə çəkilmir. Hesab etsək ki, orta hesabla hər bir təhsil işçisi 200 manat maaş alır, o zaman təkcə Xalidə xanım təhsil işçilərindən hər ay hardasa 25 min manat toplayır.

Azərbaycanın 90 inzibati ərazi-inzibati vahidi var. O zaman Həmkərlar İttifaqları hər ay yuxarı aşağı 3-4 milyon manat təkcə təhsil sistemindən toplayırlar. Bir daha altını çizirik. Təkcə təhsil sistemindən. Amma Həmkərlar İttifaqında başqa nə qədər sahələr var?…

Qəribədir ki, heç kim Həmkarlar İttifaqının gizli büdcəsi ilə maraqlanmır. Burada toplanan külli miqdarda pullar haralara sərf olunur. Kimlərin cibinə axır. Bunu Səttar Mehbalıyev bir dəfə pulunu mənimsədiyi insanlara açıqlaya bilərmi? Yaxud da, Ağdam rayon Təhsil Şöbəsinin Həmkərlar İttifaqının sədri Xalidə Həsənova pulunu aldığı müəllimə yığdığı pulu haralara xərclədiyi haqqda hansısa hesabat verə bilərmi? Hətta versə belə, azacıq araşdırma aparılsa məlum olacaq ki , özünə yaxın məktəb drektorlarının müəllimlərinin adına yazlmış maddi köməklik ərizə və cəmi beş-altı «putyovka» var və həmin “putyovkaları”da «qazananlar» elə Xalidə xanımın öz yaxın ətrafından ibarətdir.(Pia.az)

Qarşı tərfində mövqeyini dərc etməyə hazırıq…
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin