Ağdam köçkünü, 83 yaşlı ŞƏHİD anasının qəlbləri dəlib keçən fəryadı

0
1037

Bu günə qədər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan genişmiqyaslı işlərin davam etdirilməsini nəzərdə tutan çoxsaylı sərəncamlar imzalanıb. Bu sərancamlara əsasən, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramıla”rı təsdiq olunub.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsasən yataqxanalarda yaşayan məcburi köçkün ailəsininin yeni və rahat mənzillərə köçürülməsidir. Hələ 2011-2015-ci illərdə məcburi köçkünlərin mənzil-məişət şəraitini, sosial vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırılması məqsədi ilə Abşeron rayonunun Masazır qəsəbəsində ayrılmış torpaq sahəsində Bakı Dövlət Universitetinin 7 yataqxanasından 2-sində müvəqqəti məskunlaşmış 800 nəfərdən ibarət 210 məcburi köçkün ailəsi üçün çoxmərtəbəli yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi təmin olunub. Bundan başqa, Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisələrinin inzibati binalarında və yataqxanalarda müvəqqəti məskunlaşmış 3901 nəfərdən ibarət 867 məcburi köçkün ailəsi üçün Bakı şəhəri və ya Abşeron rayonu ərazisində 2012-2015-ci illərdə çoxmərtəbəli yaşayış binalarının tikilməsi həyata keçirilib. Ümumiyyətlə, respublika ərazisində yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün Bakı şəhəri, Abşeron rayonu və respublikanın digər ərazilərində çoxmərtəbəli yaşayış binalarının və fərdi evlərin tikilməsi prosesi 2012-2015-ci illərdə “Dövlət Proqramına” salınmışdır.

Bu günlərdə “Sonolay.org”-un redaksiyasına Ağdam rayonunun Abdalgülablı kəndindən məcburi köçkün, hazırda Binəqədi rayon, 8-ci mk/r, Mədəni Maarif kollecinin yataqxanasında məskunlaşıb yaşayan Qasımova Gülnarə Abbas qızının ürək daglayan şikayət məktubu daxil olub. Məktubu oxuduqdan sonra, əməkdaşlarımızla belə qərara gəldik ki, sosial problemlər məngənəsidə əzilən, dövlət qayğısından uzaqda qalan bir ailəni, xəstə bir ANANI ziyarət edib, ən azından onlara mənəvi baxımıdan dəsətk ola bilərik. Allah Rəsulu (s.ə.s) buyurur: «Xəstə olan adam qəlbi qırıq və həssas olur. Uca Allah belə insanlara daha yaxındır. Xəstələri ziyarət etmək Allah-Təalanın çox xoşuna gəldiyi üçün, bunu özünə edilmiş ziyarət kimi qəbul edir».  

Beləliklə də “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalovayla birlikdə yollandıq məktubda göstərilən ünvana. Dövlət qayğısından kənarda qalmış imkansız bir məcburi köçkün ailəsini, şəhid anası, 17 ildir  yataq xəstəsi olan, bu gündən sabaha sağ çıxmaq ümidi tükənən Cahan nənəni ziyarət etməyə. Axı o məcburi köçküna ailəsi olmaqla yanaşı, həm də şəhid anasıdır. Bu ANANIN, bu ailənin üzləşdiyi çətinlikləri necə həll etməmək olar?! Gəlin unutmayaq ki, bu gün bizlər, eləcə də bu ailənin probleminə göz yuman səlahiyyətli şəxslər, aidiyyəi təşkilat rəhbərləri yaxşı-yaxşı bilməlidilər ki, şəhidlərimizin adına, ruhuna və ailəsinə hörmətlə yanaşmaq hər birimizin vətandaşlıq və insaniyyətlik borcudur.

Artıq əməkdaşlarımızla birlikdə həmin ünvana gedirik, bizi qapıda xoş təbəssümlə Gülnarə xanım qarşılayır. Hiss edirsən ki, gəlişimizə çox sevinib. Bu onun gözlərindən oxunur. Biz otağa daxil oluruq. Çarpayıda xəstə yatan Cahan nənəni görürük. Həqiqətəndə insan qocaldıqca necə də uşaqlaşarmış, İlahi! Mən bunun canlı şahidi oldum. Cahan nənə körpə çağa kimi dil açıb danışmağa çalışırdı. Görürdün ki, kim olmağımızı, hardan gəlməyimizi bilməsə də belə o da gəlişimizə sevinmişdi. Bizdən nəsə soruşmaq istəyir, amma biz onu başa düşə bilmirdik. Yalnız  qızı Gülnarə xanımdan başqa.  Gülnarə xanım bizim rahatçılığımız üçün dəridən qabıqdan çıxır. Biz isə ona narahat olmamasını deyirik. Yarı ciddi, yarı zarafata da olsa, xəstə ziyarəti qısa olar deyib, keçid alırıq əsas səbəbə.

Gülnarə xanım deyir ki, Ağdam rayonu işğal olan gündən indiyə qədər qızı və yataq xəstəsi olan 83 yaşlı anası Qasımova Cahan Hüseynqulu qızı ilə Mədəni Maarif kollecinin yataqxanasında, 5 kv/m, otaqda sığınıb yaşayırlar. «Ailədə bir bacı, bir qardaş olmuşuq. Qardaşım Qasımov Xaliq Abbas oğlu Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. O, vaxtdan mən özümə söz verdim ki, anama qız yox, oğul olacam, onu heç vaxt tək qoymayacam. Ona baxmaq məni övladlıq borcumdur”.

Cahan nənənin ağır yataq xəstəsi olması onun qucağındakı körpə qız uşağı olmasına baxmayaraq ailəsindən boşanmasına səbəb olur. Çünki ailəsində bəzi sorumlar yaranır. Gənc vaxtda ailəsini, gəncliyini anasına qulluq etmək üçün qurban seçən Gülnarə xanım buna görə peşman olmadığını da deyir. «Çünki məni bu dünyaya valideyinlərim, anam gətirib».

Neçə illərdi qazanıb gətirən bir kimsəsi yoxdur. Ölümlə pəncələşən anasını tək də qoyub harasa gedə bilmir.

Gülnarə Qasımova deyir ki, dəfələrlə Qacqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət etsə də, hazırki vaxta qədər heç kim onları narahat edən məsələylə bağlı köməklik göstərməyiblər. İndiyə qədər istər, Ağdam Rayon İcra hakimiyyəti, istərsə də müraciət etdiyi digər aidiyyəti təşkilat nümayəndələri  qapımızı döyüb boş ümidlə də olsa belə, hallımızı xəbər almayıblar. «Hara və hansı orqana üz tuturuqsa ağzımıza vurub geri qaytarırlar. Bu yataqxanada tək şəhid ailəsi bizik. Bizdən başqa bu binada şəhid ailəsi yoxdur. Heç olmasa qardaşım şəhid olub o, oğlu illərlə yataq xəstəsi olan dilsiz ağılsız, ağzını açıb dərdini danışa bilməyən ANA dünyaya gətirib. İndi bu ana qalıb 5 kv/m otaqda. Sabah öləndə mən bunu harda götürəcəm. Harda ortalığa qoyub aglayacam?..  Burda bir şəhid ANASI zarıyır səsinə səs verən bir vicdanlı şəxslər yoxdur».

Bəli, bu dövlət qayğısından kənarda qalan bir məcburi köçkün ailəsinin, oğlunu şəhid vermiş 83 yaşlı dilsiz-ağızsız ANANIN zarıyaraq nəisə aidiyyəti orqanlara çatırmaq istədiyi fəryadıdır. Əlbəttə ki, bu gün Cahan nənəin oğlu sağ olumuş olsaydı o, belə bir vəziyyətə də düşməyəcəkdi, nədə ki, dövlətin səlahiyyətli, müftəxor vəzifəliləri qarşısında fərayad çəkməyəcəkdi.

Bu ailəyə qayğı göstərmək, onların ən “xırda” problemlərinə belə həssasla yanaşmaq hər bir ölkə məmurunun və aidiyyəti təşkilatların həm vəzifə, həm də mənəvi borcudur.

Hesab edirik ki, bu yazımızdan sonra aidiyyəti təşkilatlar, eləcə də Ağdam rayon İcra Hakimiyyəti başçısı və deputatı başda olmaqla bu məsələyə həssasla yanaşıb, onların mənzil-məişət məsələsini həlli istiqamətində lazımı qurumlar qarşısında məsələ qaldırıcaqlar.

RealMedia.az,

Rəna Nur

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin