Ağ Evdən şok xəbərdarlıq: Bunu etməyən senatorlar Rusiyaya işləyirlər

0
181

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Konqresi Ağ Evin Ukrayna üçün əlavə maliyyə tələbini dəstəkləməyə çağıraraq, ona səs verməkdən imtinanın Rusiya Federasiyasına kömək sayılacağı barədə xəbərdarlıq edib.

RealMedia.az xəbər verir ki, bu barədə Sallivan brifinqdə bildirib.

Baydenin məsləhətçisinin sözlərinə görə, “Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyən Konqres üzvü Putinin qalib gəlməsini asanlaşdıran nəticəyə səs verir”.

“Yəni Ukraynanın dəstəklənməsinə qarşı səsvermə Putinin strateji mövqelərinin yaxşılaşdırılmasına səs verməkdir. Bu, sadəcə olaraq, qaçılmaz reallıqdır”, – deyə o vurğulayıb.

Sullivan əlavə edib ki, Ukrayna üçün əlavə maliyyələşdirmənin əleyhinə səs vermək “Ukraynaya zərər verəcək və Rusiyaya kömək edəcək”.

“Bu, demokratiyaya zərər verəcək və diktatorlara kömək edəcək. Biz hesab edirik ki, bu, tarixdən yanlış dərsdir və Konqresin hər bir üzvü – demokrat və respublikaçı – bu qərarı dəstəkləmək üçün səs verməlidir”, – Ağ Ev rəsmisi əlavə edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin