“Abşeronda vətəndaşlara qarşı vandalizm hərəkətləri həyata keçirirlər” – PREZİDENTƏ ŞİKAYƏT

0
213

“İcra hakimiyyətinin aidiyyəti və müvafiq qrumları vətəndaşların qanuni haqqlar üzərində əldə etdikləri əmlak və mülkiyyətinə  qəsb edir, onların konstitsion hüquqlarını kobud şəkildə pozur, vətəndaşlara qarşı vandalizm hərəkətləri həyata keçirirlər”. 

“RealMedia.az” xəbər verir ki, bu sözləri Abşeron rayon, Saray qəsəbə sakini, məcburi köçkün statuslu Cəfərov Bəxtiyar Cahangir oğlu Prezident İlham Əliyevə etdiyi müraciətində qeyd edir:

O, ölkə başçısına etdiyi müraciətində yazır: “Abşeron rayon Saray qəsəbəsindən 2014-cü ildə 2 sot torpaq sahəsini qanuni yolla, ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin təsdiqlədiyi plan və ölçü sənədlərilə birgə Çıxarış əsasında, həmin torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmişəm. Elə o vaxt həmin torpaq sahəsinin 3 tərəfini daş, 1 tərəfini isə setka torla hasarlamışam. Bu günləri isə Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyevin göstərişi ilə şöbənin Əfsər adlı əməkdaşı əraziyə gələrək həmin torpaq sahəsini 2019-cu il tarixdə İsgəndər Alxasov tərəfindən mülkiyyət hüquqi əldə etdiyini bildirərək, çəkdiyi hasarları sökməyini israrla tələb edir. Mən onlara dövlətin mənə müvafiq qrumları tərəfindən verilmiş, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin təsdiqlədiyi plan və ölçü sənədlərini, Çıxarışı onlara təqdim etsəm də, lakin onlar, mənim təqdim etdiyi sənədlərə məhəl qoymadılar. Məndən israrla hasarları (metal torları) sökməyi tələb etdilər”.

Bəxtiyar Cəfərov Prezidentə yazdığı müraciətində bu saxtakarlıqda adı keçən bir neçə vəzifəli şəxslərin adını da çəkir: “Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri Akif Əliyev Dövlət Torpaq və Xərtəçəkmə Komitəsinin Abşeron şöbəsində işləyən Qurbanəli, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin vəzifəli şəxsi Füzuli adlı şəxslərdən ibarət mütəşəkkil dəstə bu və ya digər formada iş birliyi quraraq ortaya saxta torpaq sənədi çıxardaraq, eyni torpaq sahələrini bir neçə şəxsə satmaqla məşğuldurlar. Əvvəllər onların verdiyi saxta sənədlərlə “silahlanan” şəxslərdən biri də hər yerdə özünü şəhid qardaşı kimi (əslində qardaşının şəhid olmadığı iddia olunur)təqdim edən İsgəndər Alxasovdur”.

Bu işdə əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsində işləyən Qurbanəli(daha çox torpaq makler kimi tanınıb) adlı şəxsin “müstəsna” xidmətlərinin rol oynadığlını deyə şikayətçi yazır:

“Əgər doğrudanda, həm Abşeron RİH-nin Memarlıq və Tikinti şöbəsi, həm də torpağın ona məxsus olduğunu iddia edən İsgındər Alxasov dövlətin mənə verdiyi qanuni sənədlərin saxtalığına şübhə ilə yanaşırlarsa və yaxud, özlərini haqlı sayırlarsa, onda məhkəməyə müraciət edib haqlarını əldə edə bilərlər. Niyə bunu etmirlər? Etmirlər ona görə ki, onlar özləri də yaxşı bilirlər ki, əllərindəki “sənəd” saxtadır. Məhkəmədən keçməyəcək”.

Bəxtiyar Cəfərov Prezident İlham Əliyevə etdiyi müraciətində onu da qeyd edir ki, hətta iş o yerə çatıbmış ki, mütəşəkkil dəstə üzüvləri İsgəndərlə, Qurbanəli əraziyə vaqon da gətirib yerləşdirblərmişdə. Lakin yuxarı instansiyalara müraciətimdən dolayı polisin müdaxiləsi ilə vaqon oradan götürülüb. İşbaz cütlük əllərində olan, guya İsgəndərin anası Alxasova Xatun Rəsul qızının adına rəsmiləşdirilmiş “sənədi” də yalnız uzaqdan göstərir, heç bir rəsmi instansiyanın masasına yatırmaq istəmirlər.

Şikayətçi sonda, Prezident İlham Əliyevə qanuni haqqlarının əlindən alınması qorxusu və təhlükəsi ilə üz-üzə qaldığını, bu qorxudan və təhlükədən dolayı da haqqlarının qorunmasına, mütəşəkkil şəbəkənin qanunsuz əməllərinə son qoyulmasını xahiş edir.

Cəfərov Bəxtiyar Cahangir oğlu

RealMedia.az

 

 

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin