Abşeronda qazi və Şəhid ailələrinin mütəmadi olaraq ziyarəti davam edir

0
122

Abşeron rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovanın 25.12.2020-ci il sərəncamına əsasən mütəmadi olaraq Abşeron ərazisində yaşayan Şəhid ailələri və qazilərimiz ziyarət edilir və onların problemləri ilə maraqlanılır.

Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin, YAP nümayəndəsinin, Saray qəsəbə 1 nömrəli tam orta məktəbinin əməkdaşlarının iştirakı ilə qazilərimiz Cəlal Xasanov, Kamil Yaqubovun, Şahin Bünyadovun, Nurlan Xalıqovun evləri ziyarət edildi.

Görüşlər zamanı Qazilərimizlə söhbətlər edildi. Onların problemləri ilə maraqlanıldı və tez bir zamanda problemlərin həlli istiqamətində lazımı tədbirlərin görüləcəyi bildirildi.

Qeyd edildi ki, Abşeron rayon İcra başçısı İradə Gülməmmədova tərəfindən hər zaman qazilərimizə və şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Məhz onun göstərişi ilə mütəmadi olaraq bu ailələr ziyarət edilir, onların problemləri dinlənilir və qısa zamanda həlli istiqamətində lazımi tədbirlər görülür.

Görüş zamanı ailələr dövlətimiz tərəfindən şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərilən diqqət və qayğıya görə Abşeron rayon İcra Hakimiyyətinə təşəkkürlərini bildirdilər.

Fatimə Hacıbəyli

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin