ABŞ Venesuela xalqına 200 milyon ayırdı

0
75

ABŞ hakimiyyəti Venesuela xalqına 200 milyon dollar humanitar yardım ayrılması barədə qərar qəbul edib.

Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

Pompeo ayrılan vəsaitin təkcə Venesueladakı əhaliyə yox, həm də digər ölkələrə qaçan venesuelalılara da xərclənəcəyini bildirib.

Qeyd edək ki, Venesuelada müxalifətlə iqtidar arasındakı kəskin toqquşmalar ucbatından ölkədə geniş siyasi böhran hökm sürür. Siyasi böhranı müşayiət edən iqtisadi böhrana görə ölkəni milyonlarla insan tərk edir, ölkədə qalan əhalinin iqtisadi vəziyyəti isə hər keçən gün daha da pisləşir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin