ABŞ Suriyada antiterror əməliyyatlarına yenidən başlayıb

0
115

ABŞ Suriyada terrorla mübarizə əməliyyatlarına yenidən başlayıb.

“Report” “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi bildirib.

Qeyd edək ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının komandiri, general Qasım Süleymaninin ölümündən sonra təhlükəsizlik səbəbindən Suriyada antiterror əməliyyatlarını dayandırmışdı.

Makkenzi Amerika qoşunlarının ölkədə nə qədər qalacağını açıqlamayıb:

“Burada nə qədər qalacağımız barədə məlumatsızam. Mənə Suriyadakı tərəfdaşlarımızla necə işləməyimizdən başqa heç bir təlimat verilməyib. Hazırda biz İŞİD-in tamamilə məhv edilməsi üçü çalışırıq”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin