ABŞ “Şimal axını – 2” qaz kəmərinə qarşı sanksiyaları genişləndirəcək

0
70

Vaşinqton “Şimal axını – 2” qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirəcək. APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CNN”-ə verdiyi müsahibəsində bildirib. Onun sözlərinə görə, Amerikada hələ də bu layihənin “pis fikir” olduğu qənaətindədirlər.

Bizim üçün vacib olan birbaşa yaxın tərəfdaşımız Almaniyaya bu barədə danışmaq imkanımızın olmasıdır”, – Blinken belə deyib.

Rusiya ilə münasibətlərdən danışan Amerika diplomatiyasının rəhbəri Moskvaya qarşı da yeni sanksiyaların tətbiq olunacağını vurğulayıb.

“Biz “SolarWinds” vasitəsi ilə həyata keçirilən kiberhücumların, ABŞ-da seçkilərə müdaxilənin, Aleksey Navalnının öldürülməsi üçün kimyəvi silahdan istifadənin nəzərdən keçirilməsinin tamamlanması mərhələsindəyik. Bunun bir qiyməti və bədəli olacaq”, – deyə dövlət katibi qeyd edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin