ABŞ Rusiyanı belə aldadacaq – Ekspert açıqladı

0
38

NATO “adi silahlar” adı altında Avropada yeni qanadlı və ballistik raketlər yerləşdirə bilər.

Bu sözləri Rusiyanın Xarici Əlaqələr Şurasının eksperti Dmitri Stefanoviç NATO rəhbəri Yens Stoltenberqin Rusiyanın “İsgəndər” raketləri ilə bağlı açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, belə silahlara misal olaraq ATAMKS kompleksini əvəz edəcək “Presişn Strayk Misl” sistemini göstərmək olar. Ekspert bu raketlərin mənzilinin 500 km-ə çatacağını istisna etməyib:

“Vaşinqton aktiv şəkildə bu tip silahın modernləşdirilməsi ilə məşğuldur”.

Qeyd edək ki, Stoltenberq açıqlamasında NATO-nun ilin sonuna qədər Rusiyanın Avropa sərhədində “İsgəndər” komplekslərini yerləşdirməsinə cavab verəcəyini bildirmişdi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin