ABŞ Rusiyanı 59 türk hərbçisinin ölümündə İTTİHAM ETDİ

0
423

ABŞ Suriyanın İdlib vilayətində 59 türk hərbçisinin həlak olduğu insidentə görə ilk dəfə Moskvanı ittiham edib.

“RealMedia.az” xəbər verir ki, Dövlət katibi Mayk Pompeo Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.

“Biz hesab edirik ki, Suriyada həyata keçirilən əməliyyat zamanı onlarla türk hərbçisini öldürüb. Türkiyənin NATO müttəfiqimiz kimi dəstəkləyirik və Suriyanın digər ərazilərində, həmçinin, İdlib vilayətində atəşkəsin bərpa olunması üçün səylərini dəstəkləyirik”-deyə açıqlamada deyilir.

Bu vaxta qədər ABŞ Moskvanı türk hərbçilərinin ölümündə birbaşa ittiham etmirdi. Rəsmi Ankara İdlib vilayətində keçirilən əməliyyat zamanı 59 hərbçisini itirdiyini elan edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin