ABŞ MÜHARİBƏNİ QƏSDƏN UZADIR? – “Qərb sonrakı mərhələdə Rusiya ilə nə etməli olacağını bilmir”

0
58

ABŞ başda olmaqla Qərb ölkələrinin Ukraynaya böyük həcmdə silah göndərməməsi bəzi analitiklərdə müharibənin qəsdən uzadılması fikrini yaradır. Onlar deyirlər ki, Ukraynaya silah yollanılması məsələsində ABŞ öz potensial hərbi imkanlarından lazımı səviyyədə istifadə etmir. Ancaq digər tərəfdən, onu da vurğulayanlar var ki, Qərb Rusiyadan fərqli olaraq silah istehsalında kəmiyyətə yox, əsasən keyfiyyətə üstünlük verir və ona görə də hərbi texnikanın texnoloji cəhətdən təkmilləşdirilməsinə daha çox pul xərcləyir. Həm də, axı, Qərb dünyası hər hansı müharibəyə də hazırlaşmayıb. Elə bu səbəbdən də Ukraynaya tədarük olunacaq silah və texnikanın sayı gözləniləndən azdır.

Bu barədə Ukraynanın “Glavred.info” portalı “Qərb müharibəni “ləngitmir” – o,sədəcə buna hazır olmayıb” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqalənin tərcüməsini təqdim edirik: “Qərbin Ukraynadakı müharibəni lap çoxdan bitirə biləcək imkana malik olmasıyla bağlı gəzən söz-söhbətlər əfsanədən başqa bir şey deyil. Amerikanın gücünu hədsiz şişirdən Yaxın Şərq əhalisi də bu cür fikirdəydi. Nə vaxt ki, Suriyada müharibə başladı, əksəriyyət elə düşündü ki, ABŞ tez gəlib hər şeyi yekunlaşdıracaq. Amma bu baş vermədi.

Amerikanın bütün çətinliklərin öhdəsindən asanlıqla gələ biləcək azman güc kimi təsvir olunması yanlışdır. Əslində hər şey heç də təsəvvür olunduğu kimi deyil. 

Əvvəla, ABŞ-ın resurs imkanlarının müəyyən bir həddi var. İkincisi isə, ABŞ deyir ki, mən niyə hər şeyə müdaxilə etməlyəm ki? Amerikanın öz maraqları var və bu, Rusiyanın mütləq işğal edilməsi və ya onun darmadağın edilməsi anlamına gəlməməlidir. Bəli, Ukraynanın total qələbəsi ssenarsi haqqında danışanda biz məhz bunu nəzərdə tuturuq.

Ukraynaya “dozalarla” yardım edilir, çünki lazımı sayda silah istehsal olunması üçün Qərbin yetərli istehsal gücü çatışmır. Həm də ki, bəzi silahları vermirlər, çünki həmin texnika Qərbin ən qabaqcıl və həssas texnologiyalarıdır, Ukrayna ordusu bunlarla necə rəftar edəcəyini bilmir. ABŞ bu texnologiyaların düşmən əlinə keçməsindən də qorxur. Digər yandan, Birləşmiş Ştatların özünə də silah lazımdır, xüsusən də Avropada. Bilindiyi kimi, son onillikdə Avropa ölkələri müdafiə xərclərini kəskin azaldıblar.

İndiki vəziyyət Birinci və İkinci Dünya müharibələri arasındakı dövr kimi deyil, o zaman bütün ölkələr silahlanırdılar, hamı müharibəyə hazır idi. Amma indi hər şey başqa cürdür. Avropa ümumiyyətlə bu müharibəyə qətiyyən hazır olmayıb, avropalılar yenidən silahlanma proqramına yalnız indi başlayıblar. Məsələn, Almaniyada bu proses bir neçə il çəkəcək.

Nədənsə, ukraynalılar hesab edirlər ki, Qərbin tankları yüklənməni gözləyirmiş və istənilən zaman Ukraynaya yollanmağa hazır vəziyyətdə durublarmış. Lakin bu belə deyil və Qərbdə heç nə hazır olmayıb. Bütün bunlara görə ABŞ-da lend-lizi yarım ildən sonra işə saldılar. Bu qanunu yazda qəbul etsələr də, oktyabra kimi gözlədilər və deyəsən, artıq lend-liz işə düşüb.

Yeri gəlmişkən onu da deyək ki, Qərb öz qüvvələri ilə müharibəyə müdaxilə etməyə tələsmir, çünki bu ideya ABŞ-dakı ictimai fikir tərəfindən dəstəklənmir. Qərb bunu istəmir və nüvə müharibəsindən qorxur. Qərbdəkilər hesab edirlər ki, onların müharibədə birbaşa iştirak etməsi Rusiyanı nüvə zərbəsinə təhrik edər.

Bundan başqa, ABŞ sonrakı mərhələdə Rusiya ilə nə etməli olacağını bilmir. Bu məsələ ilə bağlı onların hələ ki, konkret planları yoxdur. Amerikanlar Rusiyanı lokal məğlubiyyətə uğratmaqla, vəziyyətin Putinin devrilməsi həddinə gətirib çıxarılması dilemması arasında qalıblar. Hələ üstəlik, Putinin devrilməsindən sonra kimin hakimiyyətə gələcəyi və bundan sonra Rusiyada kimə söykəniləcəyi məsələləri də meydana çıxacaq.

Rusiyanın gələcəyi ilə bağlı çoxlu suallar var, lakin Qərbin buna aydın cavabı yoxdur və elə bu səbəbdən də onlar ayrı-ayrı məsələlərə çox ehtiyatla yanaşırlar. Ancaq onu qeyd etmək laızmıdr ki, yaz ayları ilə müqayisədə Ukraynaya indi edilən hərbi tədarük xeyli çoxalıb, bu yardım misli görünməmiş miqyasda və həcmdədir. Əlbəttə, bunları dəyərləndirməmək olmaz”.

(AzPolitika.info)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin