ABŞ İranın Tramp administrasiyası əməkdaşlarına qarşı təhdidini yolverilməz hesab edir

0
55

İran rəsmilərinin ABŞ-ın sabiq prezidenti Donald Trampın administrasiyasının general Qasım Süleymaninin öldürülməsini idarə edən əməkdaşlarına qarşı təhdidləri yolverilməzdir.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki mətbuat konfransında bildirib.

“Əlbəttə, biz İran rəsmilərinin bu bazar günü qüvvəyə minən sanksiyayadək keçmiş prezidentin administrasiyasına qarşı dediklərini eşitdik. Amerikalılar arasında İran məsələsinə görə fikir ayrılığı var. Lakin, bizim öz xalqımızın müdafiəsi ilə bağlı mövqeyimz eynidir”, deyə, Psaki əlavə edib.

Qeyd edək ki, İran yanvarın 8-də Qasım süleymaninin ölümündə təqsirləndirilən daha 50 ABŞ vətəndaşını sanksiya siyahısına salıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin