ABŞ İranı təhdid etdi: “Unutmayacağıq”

0
770

RealMedia.az xəbər verir ki, ABŞ XİN mətbuat katibi Hizer Noyert İranda baş verən hadisələri yaxından izlədiklərini bildirib və deyib: “Hökumət küçələrə axışan cəsur xalqı öldürməyə və həbs eləməyə davam etməkdədir. Bu günə qədər olan ölümləri və min nəfərə qədər insanın həbs edilməsini ən sərt şəkildə qınayırıq. Nümayişçilərə qarşı zorakılıq edənləri, senzuraçıları və İran xalqından oğurluq edənləri məsuliyyətə cəlb eləmək üçün güclü səlahiyyətlərimiz var. Rejimin qurbanlarını unutmayacağıq”.

Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp da “Tvitter” hesabındakı paylaşmalarında İrandakı etirazçıları dəstəklədiklərini bəyan eləmişdi.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə İranda davam edən etirazlar və zorakılıq hadisələri ilə bağlı BMT-nin təhlükəsizlik Şurasına təcili toplanma çağırışı edəcəklərini bildirib.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin